TARİX HƏMİŞƏ HƏR ŞEYİ ÖZ YERİNƏ QOYUR

 

 

 

Mən tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir.

Ümumilli Lider: Heydər Əliyev

 

Bizim soydaşlarımız işğal edilmiş torpaqlara – Dağlıq Qarabağa bitişik ərazilərə və Dağlıq Qarabağa qayıtmalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti: İlham Əliyev

 

 

ERMƏNİSTAN – AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

 

20000

ŞƏHİD

50000

YARALI

4016

İTKİN

1000000

QAÇQIN

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuş, 4016 nəfər əsir, itkin düşmüş və girov götürülmüş, bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşayir, işğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

Daha Ətraflı