Erməni təcavüzü

Azərbaycan ərazisində, o cümlədən onun bir parçası olan Dağlıq Qarabağda alban əhalisinin qriqorianlaşması və erməniləşməsi uzun sürən bir tarixi proses olmuşdur. Bu bir neçə mərhələdə həyata keçirilmişdir:

Qarabağın aborigen (yerli) əhalisi digər Şimali Azərbaycan torpaqlarının (Albaniyanın) əhalisi kimi alban tayfaları olmuşdur;

IV əsrin əvvəllərində Albaniyanın bəzi yerlərində, o cümlədən burada da xristianlıq dini yayılmışdı;

Ərəb xilafətinin Şimali Azərbaycanın işğalı və hökmranlığı dövründə VII-IX əsrlərdə ölkədə İslam dini yayılmış, lakin Qarabağın dağlıq hissəsində yaşayan albanlar xristianlıqda qalmışlar;

Cənubi Qafqaza miqrasiya edən erməni-qriqorian missionerləri Ərəb xilafətinin işğalları nəticəsində əlverişli şəraitdən istifadə edərək Qarabağın dağlıq hissəsinin xristian-alban əhalisini qriqorianlaşdırması, bunun ardınca da erməniləşdirməsı uzun proses oldu.

Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. Bu sübut edir ki, onlar hələ XVIII əsrin əvvəllərində özlərini erməni hesab etmirdilər;

Rusiyanın regiona müdaxiləsi ermənilərin digər ölkələrdən Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülüb gətirilməsi burada erməni amilinin gücləndirilməsinə kömək etdi. Bu siyasət Qarabağın dağlıq hissəsini qriqorianlaşdırılmış albanlarının tarixi taleyində dönüş yaratdı. Onların erməniləşdirilməsi son mərhələyə qədəm qoydu;

Rus-İran müharibələri dövründə (1804-1813, 1826-1828), xüsusilə 1828-ci il Türkmənçay və Rus-Türk müharibələri (1806-1812, 1828-1829) zamanı, xüsusilə 1829-cu il Ədirnə müqaviləsindən sonra İran və Osmanlı dövlətlərindən Şimali Azərbaycanın digər bölgələri ilə birgə Qarabağa ermənilərin kütləvi köçürülməsi qriqorianlaşmış alban əhalisinin erməniləşməsini başa çatdırmışdı. 1836-cı ildə Alban katalikosluğu ləğv edilmişdir. Məhz bundan sonra onları sözün əsl mənasında erməni adlandırmaq olar;

Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ erməniləri tarix boyu ümumi erməni əhalisi içərisində alban kökündən əmələ gələn spesifikasını saxlamışdır

soyqirimgenXIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən onun tarixi ərazisi olan Qarabağa köçürülməsi davam etdirilirdi. Tarixi tədqiqatlarda qeyd edilir ki, Zaqafqaziyadakı 1,3 mln. erməninin 1 mln.-dan çoxu gəlmədir. Bütün bunlara baxmayaraq, 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46%-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə) idi. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədilə edilirdi və strateji niyyət güdürdü.

Ermənilərin inzibati-idarə sistemində möhkəmləndirilməsi, köçürülmə yolu ilə saylarının mexaniki surətdə artırılması və onların iqtisadi potensialının möhkəmləndirilməsi paralel surətdə həyata keçirilirdi.

Bununla da çar Rusiyası ermənilərin Şimali Azərbaycana, o cümlədən Qarabağa kütləvi surətdə köçüb gəlməsinə və burada onların inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdı. Çox keçmədən ermənilər Azərbaycan torpaqlarında “Böyük Ermənistan” ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbayan torpaqlarının yerli – azərbayanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbayana keçdi.

Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı. Lakin 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr) Zaqafqaziyada yaranan anarxiya şəraitində – uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımın yeni, daha dəhşətli dövrünü başladılar. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbayanı əhatə edən yeni kütləvi soyqırımlar Azərbayan xalqına çox ağır zərbə vurdu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Şimali Azərbaycanda silahlı erməni quldur dəstələrinin və daşnak-bolşevik rejiminin Azərbaycan xalqını tamamilə məhv etmək planlarının qarşısını almaq üçün tədbirlər gördü. Ancaq həmişə ermənilər soyqırımı həyata geçirməkdə israrlı olmuşlar. XX əsrin sonundakı faciələr bunu bir daha sübut etdi.

1905-1907-ci il qırğınları

190507Rus-yapon müharibəsində məğlub olmuş Rusiya imperiyasında xalq çıxışlar və o cümlədən milli azadlıq hərəkatları baş verdi. Bu iki amilin qarşısını almaq üçün çar Rusiyası rus şovinizmi dirçəlişi və xalqları bir-birinə qırdırmaq siyasəti həyata keçirməyə başladı. Bu siyasəti birinci növbədə Qafqazda həyata keçirmək labüd sayıldı. Belə bir vəziyyətdən ermənilər istifadə etməyə vaxt və şərait tapdılar. Çar Rusiyası erməniləri gizli surətdə silahlandırdı və tarixdə belə adlanan «erməni-müsəlman davası» təşkil etdi. Azərbaycanlılarla ermənilər arasında ilk toqquşma Bakı şəhərindən başlayaraq Şuşaya, Zəngəzura, İrəvan, Tiflis, Naxçıvan, Ordubad Eçmiədzin, Cavanşir, Qazax qəzalarına yayıldı.

XX əsrin əvvəlindən bəri, “erməni məsələsi” Cənubi Qafqazda partlamağa hazır olan bir barıt çəlləyinə dönmüşdü.
1905-ci ildə Qafqazda türklər yaşayan kəndlərin sayı 5.910 idi. İrəvan quberniyasında 860, Yelizavetpol quberniyasında 1.173, Bakı quberniyasında 1.111 müsəlman-türk kəndinin olması erməni şovinistlərini bərk narahat edirdi. Ümumiyyətlə, XX əsrin əvvəllərində Cənubu Qafqazda 54 qəza vardı. Bunlardan cəmi beşində ermənilər üstünlük təşkil edirdilər. Buna görə də, erməni silahlı dəstələri azərbaycanlılar yaşayan kəndlərə hücum edir, əhalini qırır, qovur və beləliklə say üstünlüyünə nail olmağa çalışırdılar ki, gələcəkdə muxtariyyat, müstəqil erməni dövləti yaratmaq imkanı əldə edə bilsinlər. Bu kəndlərin, bu torpaqların ermənilərə qalmasının yeganə yolunu daşnaqlar silahlı toqquşmada görürdülər. Məhz bu məqsədlə də onlar Şimali və Cənubi Azərbaycanın müxtəlif bölgələrində yerli dövlət və erməni təşkilatları erməniləri silahlandırır və azərbaycanlılara qarşı savaşa təhrik edirdilər.

Hərtərəfli hazırlıq gördükdən sonra ermənilər 1905-ci il fevralın ilk günlərindən Bakıda qırğın törətdilər; çox keçmədən İrəvanda iğtişaşlar kütləvi xarakter aldı. Naxçıvan, Zəngəzur erməni silahlı dəstələrinin hücumlarına məruz
qaldılar. Kəndləri dağıdır, yandırır, günahsız insanları qılıncdan keçirirdilər. Yerli əhali ata-baba yurdunu tərk etməyə, qaçqınçılıq yolunu tutmağa başladılar. İrəvandan göndərilən bir xəbərdə deyilirdi: «Hər tərəfdən qəbiristanlığa cənazələr gətirilir. Çoxu müsəlmandır. Ölənlər və yaralananların sayı artmaqdadır. Bütün günü atəş səsləri eşidilməkdədir. Bir tatarın evinə bomba atıblar, 24 nəfər ölüb və yaralanıb. Təpəbaşı məhəlləsində tatarların evlərini bombalayıblar, çoxlu adam tələf olub. Zəngi dərəsində öldürülənlər çoxdur. Azərbaycanlılar küçəyə çıxmaqdan qorxurlar. Çoxları şəhəri tərk edib.». Məqsəd də elə şəhəri tərk etdirmək idi. «Erməni məsələsi» XX əsrin əvvəlində adətən bu yolla həll edilirdi. Təkcə İrəvan şəhərində deyil, quberniyanın azərbaycanlılar yaşayan bütün şəhərlərində vəziyyət belə idi. Eçmiədzin qəza rəisinin verdiyi bir xəbərdə deyilirdi: «800 Toroslu erməni müsəlman kəndinə hücum edib. Kəndi darmadağın ediblər. 53 nəfəri öldürüb və yandırıblar. 27 nəfər yaralanıb. 255 kəndin bütün ot tayaları, taxıl zəmiləri yandırılıb.» Həmin xəbərdə deyilirdi: Daşnaqsütyun partiyası üzdə barışıq üçün hər iki xalqa müraciət etsə də, altdan-üstdən terrorçuluq əməllərini həyata keçirməkdədir.»

Ümumiyyətlə, 1905-1906-cı illərdəki erməni-müsəlman davasında İrəvan və Yelizavetpol quberniyalarında 200-dən artıq kəndi ermənilər yerlə yeksan etmiş və əhalisini soyqırıma məruz qoymuşlar. «Daşnaqsütyun» partiyasının liderləri “erməni məsələsi” ni həll etmək, «Böyük Ermənistan» xülyasını reallaşdırmaq üçün bütün yerli təşkilatlara göstəriş göndərərək tələb etmişdi ki, İrəvan, Gəncə və Qarabağ mahallarında olan bütün türk kəndlərini viran qoysunlar, bu kəndləri yerli əhalidən, yəni azərbaycanlılardan birdəfəlik təmizləsinlər.

1905-1906-cı illərin erməni-müsəlman qırğınlarına həsr olunmuş «Qanlı sənələr» əsərində görkəmli yazıçı M.S.Ordubadi yazırdı: «1905-ci il iyun ayının 9-da ermənilər azərbaycanlılar yaşayan Təkiyə kəndinə hücum etmişlər.
Müsəlmanlar tamamilə silahsız, ermənilər isə mükəmməl silahlı olmuşlar. Ona görə də kəndin sakinləri kəndi boşaldıb, arvad uşaqlarını götürüb dağlara çıxmışlar. Axund Məhəmməd Əli Mirzə Əbdülhüseyn Qazızadənin böyük imarətinə od vurulmuş, iki yüz cild Quran və müqəddəs kitablar da yandırılmışdı. Eçmiədzində 9 məşhur azərbaycanlı kəndi dağıdılsa da hökumət heç bir tədbir görməmişdi.».

Azərbaycanlı kəndlərinin dağıdılması eyni zamanda çar hökumətinin istəyi idi. Çar məmurları da milli ədavəti qızışdırmaqla bir tərəfdən canlanmaqda olan azadlıq hərəkatının boğulmasına, digər tərəfdən də boşaldılmış müsəlman kəndlərində xristianların məskunlaşmasına imkan yaradırdılar. Elə həmin gün ermənilər Xələc, Saldaşı, İncəvar, Daşnov kəndlərini dağıdıb viran qoymuş, əhaliyə divan tutmuşlar. Qaçıb xilas olanlar Qatar kəndinə pənah gətirmişlər. Lakin 1906-cı il avqust ayının 1-də ermənilər hər tərəfdən Qatar kəndini mühasirəyə alıb atəşə tutmuşlar.
Erməni şovinistləri 750 evdən, 3.500 nəfərdən ibarət Qatar kəndini dağıtdıqdan sonra, Oxçu çayı sahillərində yerləşən türk kəndlərini viran edib, Zəngəzur qəzasının açarı olan Oxçu, Şabadin, Aralıq, Pirdavdan və Atqız kəndlərini qarət etmişlər.

Meydana çıxan həm də «Böyük Ermənistan» xülyasını gerçəkləşdirmək yolunda «Daşnaqsütyun» və «Hnçak» partiyasının yeritdikləri amansız siyasətin mahiyyəti idi. «Türksüz Ermənistan»a nail olmaq üçün ən qatı millətçilikdən, ən qəddar vəhşilikdən istifadə etmək bu partiyaların mübarizə şüarı olmuşdur.

Müsəlman qırğınının dəhşəti bütün Qafqazı, İranı və Şərqi Anadolunu bürümüşdü. Bu münasibətlə Gəncə qubernatoru 1907-ci il avqustun 9-da Peterburqa məlumat verirdi ki, zavallı müsəlman kəndlilərinin üzərinə «təqribən yüzminlik ordu göndərmiş, Türkiyədən olan qaçqınlar və ancaq insan öldürməyə adət etmiş yerli başkəsənlərin demək olar, hamısı bu orduya qoşulmuşdur.

Ümumiyyətlə, Qərbi Azərbaycanda olan 18 mahalda elə bir kənd, elə bir məntəqə yox idi ki, erməni təcavüzünə məruz qalmasın. Dərələyəz mahalının XIX əsrin axırlarından etibarən 154 kəndi vardı ki, bunlardan 45 kənd 1905-1907-cı illərdə yerlə-yeksan edilmişdir. Digər kəndlərin əhalisi isə İrana, Azərbaycana və Naxçıvana qaçmışlar. Yollarda erməni gülləboranından 200 nəfər qətlə yetirilmişdir .

1914-1920-ci il qırğınları

191420XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın tarixi torpaqlarında erməni şovinizmi planlı, düşünülmüş şəkildə soyqırımı həyata keçirməyə başladı. «Gəlmə erməni tendensiyası» XX əsrin əvvəllərindən etibarən məhz çar Rusiyası və bolşevik ideologiyasının ortaya atdığı millətlərarası münaqişə zəminində yarana biləcək problemlərlə istəyinə nail oldu.

Əsrin ilk illərində Azərbaycanda qanlı qırğınlar, terrorlar həyata keçirən erməni şovinistləri «Böyük Ermənistan» və «Dənizdən dənizə dövlət» prinsiplərini reallaşdırmaq üçün ilk dəfə 1905-1907-ci illərdə yerli azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasətini həyata keçirdilər. Həmin illərdə Qərbi Azərbaycanın İrəvan, Göyçə, Zəngəzur mahallarında həmçinin Gəncə, Qarabağ və başqa bölgələrdə köklü təmizləmə siyasətinin aparılması erməni millətçiləri və çar Rusiyasının əsas məqsədlərindən biri idi. Təəssüflə bildiririk ki, ermənilərin millətimizə qarşı törətdiyi bu kütləvi soyqırımı və deportasiya siyasəti birinci olsa da sonuncu olmadı.

Qərbi Azərbaycanda (indiki Ermənistanda) və Naxçıvanda yaşayan azərbaycanlıların qətli üçün ermənilər yenidən 3 diviziya yaratdılar. Rusiyada Burjua Fevral (1917) inqilabından sonra Rusiyanın cəbhələrdə vəziyyəti ağırlaşdı. Rusiya Ordusu tərkibində vuruşan üç korpusdan ibarət 250 min erməni könüllüləri türk ordusunun rus ordusuna qarşı əks həmlələri nəticəsində pərən-pərən düşüb, quldur dəstələrinə çevrilərək rus hərbi birləşmələrinə səpələndilər və bunun nəticəsində türk-müsəlman soyqırımı işi zəiflədi. Çünki vahid komandanlıq həm rus ordusunun sərəncamında idi, həm də erməni qüvvələri parçalanmışdır. Lakin «Böyük Ermənistan» xülyasını həyata keçirmək üçün ermənilər yeni planlar hazırladılar. Bu plana əsasən ilk növbədə türksüz ölkə yaratmaq lazım idi. Bu məqsədlə ermənilər azərbaycanlıları məhv etmək üçün pərakəndə quldur dəstələri ilə kifayətlənməyib, yenidən nizami ordu yaratmağı qərara aldılar. Bunun üçün 1917-ci ilin may ayında o zamankı Rusiya müvəqqəti hökumət başçısı Kerenskinin yanına nümayəndə göndərib, ondan xahiş etdilər ki, icazə verilsin rus ordusunda olan erməni könüllülərindən yeni ordu təşkil edib türklərə qarşı vuruşmağı gücləndirsinlər.

Ermənilər həm də müvəqqəti hökumətdən silah da tələb etdilər. Kerenski ermənilərin xahişini yerinə yetirib, tələblərini də təmin etdi. Bundan sonra ermənilər 1917-ci ilin mayında 35 min nəfərlik qoşun korpusu yaratdılar. General T.Nazaryan korpus komandiri, Dro Qanyan korpus komandirinin müavini təyin edildi. Korpus 3 diviziyaya bölündü. Diviziyalar arasında sahə bölgüsü aparıldı. Hansı diviziya, hansı bölgələrdəki azərbaycanlıları qırıb, yandırıb məhv etməlidisə, onlar müəyyənləşdirildi:

  1. General Andronik Naxçıvan, Sisyan, Zəngəzur və Qarabağın dağlıq hissələrində;
  2. General Arisyan və Dro Qanyan İrəvan, İrəvanətrafı, Zəngibasar, Eçmiədzin Qurudüzlü və Vedibasar rayonunun hissəsində, Qəmərli və Dərələyəz zonalarında;
  3. Polkovnik Silikov-Silikyan Göyçə gölü ətrafı rayonlarında azərbaycanlıları məhv etməli idi. Bu alçaqlar elə bu plan əsasında da işə başladılar.

I Dünya müharibəsindən sonra ermənilərin Cənubi Qafqazda məkrli planlarını həyata keçirmək üçün əlverişli şərait yarandı. Türkiyə ərazisində erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda erməni köçüb gəlmişdi. Əlbəttə ki, Azərbaycanın Qərb ərazilərində məskunlaşan bu ermənilər hələ XVIII-XIX əsrlərdə olduğu kimi, bu dövrdə də yerli azərbaycanlıları müxtəlif vasitələrlə sıxışdırdılar. Təsadüfi deyildi ki, 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdıldı. Məhz bu prossesdən sonra İrəvan quberinyası ərazisində erməni dövlətinin yaradılması, sonra da Azərbaycanın digər ərazilərinə qarşı torpaq iddiası mərhələsi başladı. Rus çarizminin ucqarlarda yeritdiyi müstəmləkə siyasəti ermənilərin, xüsusilə də, onların terrorçu təşkilatı olan «Daşnaqsütyun»un fəaliyyətini «bir qədər» yüngülləşdirməyə çalışsa da, erməni şovinistləri Avropa ölkələrində «erməni məsələsi»nin siyasi aləmə daxil olmasını təmin edə bilmişdi. Hətta bunlar azmış kimi, Bakıya yığılmış erməni daşnaqları «Böyük Ermənistan» yaradılması üçün yeni taktika hazırladılar.

Əlbəttə bu prosseslər ardıcıl və düşünülmüş şəkildə həyata keçirilirdi. Odur ki, Rusiyada baş vermiş fevral burjua inqilabından sonra Bakıda bolşeviklər və daşnaqlar birgə hərəkət etməyə başladılar. Bu yaxınlıq hər şeydən əvvəl «Müsavat» partiyasının hakimiyyətə gəlməsinin qarşısını almaq və azərbaycanlılara qarşı növbəti soyqırımını həyata keçirmək məqsədi daşıyırdı.

Hələ ermənilər 1917-ci il Ümumqafqaz səviyyəsində keçirdikləri bir çox toplantılarda gürcülərə və azərbaycanlılara qarşı ərazi iddialarını açıq-aşkar səsləndirməyə başladılar. Həmin ildə erməni millətçiləri Tiflisdə keçirilən kəndli deputatların qurultayında «köçərilər» (elatlar) haqqında məsələni qaldıraraq Cənubu Qafqazın, inzibati cəhətdən yenidən bölüşdürülməsi təklifi ilə çıxış etdilər və Yelizavetpol (Gəncə) quberniyasının iki inzibati vahidə ayrılması ideyasını ortaya atdılar. Bu təkliflərdə ermənilər ilk olaraq Yelizavetpol qəzasının dağlıq hissəsinin və Qarabağ, o cümlədən, Zəngəzurun da daxil edildiyi Qanri quberniyasının yaradılmasını təklif etdilər. Beləliklə, erməni daşnaqları Cənubi Qafqafqazın, ilk növbədə Gəncə quberniyasının yeni inzibati bölgüsü barədə səs-küy salmaqla əslində, «Böyük Ermənistan» nın xəritəsinin konturlarını çəkmiş oldular.

1917-ci ilin oktyabrında Tiflisdə keçirilən «Ümummilli erməni konfransı»ndakı əhval-ruhiyyə və səslənən fikirlər də çox tezliklə erməni-gürcü və erməni-azərbayanlı münasibətlərini xeyli gərginləşdirdi. Erməni tarixçilərindən O. Minasyan və başqaları bunun səbəblərini gürcü mətbuatının, ələlxüsus da, türklər və azərbayanlıların üstünə atsalar da, Cənubi Qafqazdakı siyasi-hərbi qarşıdurmanın əsas baiskarlarının erməni daşnaqları olmaları elə həmin dövrdə faktlar və sənədlərlə sübut edilmişdir. Lakin bolşeviklərin millətlərin huquq bərabərliyinə dair aldadıcı siyasəti, 1917-ci ilin dekabrında Lenin ermənilərin planlarının reallaşmasına şərait yaradan tədbirləri (S. Şaumyanın Qafqazın Fövqəladə Komissarı təyin olunması) onları daha da fəallaşdırdı.

Bu dövrdə Cənubu Qafqazdakı daxili və xarici siyasət, o cümlədən, sərhədlər məsələsi 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində keçirilən bir sıra danışıq və müqavilələr də (Ərzincan, Trabzon, Brest-Litovsk, Batum) mühüm yerlərdən birini tuturdu. Lakin ermənilər əldə edilən sazişlərə məhəl qoymayaraq xeyli silahlı qüvvə ilə Azərbaycan torpaqlarında, xüsusilə də İrəvan, Zəngəzur və Naxçıvan bölgələrində terror və zorakılığa başladılar. 1917-ci ilin dekabrından başlayaraq, erməni silahlı dəstələri Umudlu, Qaralar, Sırxavənd, Buruc, Çıraqlı və s. kəndlərə hücumlar edərək əhalini daşnaqlara tabe olmağa məcbur edirdilər. Azərbaycanlılardan müxtəlif vergilərin toplanması, əhalinin mal-qarasının oğurlanması bu vaxtdan sonra müntəzəm hal alır. 1917-ci ilin dekabrında erməni silahlı quldur dəstələri İrəvan, Zəngəzur, Naxçıvan və Qarabağın bir sıra kəndlərinə soxularaq sakinlərin evlərində keşikçilər qoymaqla yanaşı, onlardan tabe olmağı tələb edirdilər.

Azərbaycanlıların Ermənistan SSR-dən deportasiya olunması

19481953II Dünya müharibəsi dövründə Mikoyan başda olmaqla erməni daşnaq liderləri «Böyük Ermənistan» uğrunda ikibaşlı fəaliyyət göstərmişlər. Bir tərəfdən onlar Hitlerin qələbə çalacağına inanıb ona Zaqafqaziyada iki dövlətin-erməni və gürcü dövlətlərinin qurulmasını təklif etmişlər. Bununla onlar Azərbaycan torpaqlarını mənimsəmək istəyirdilər. Digər tərəfdən isə qələbə Sovet İttifaqı tərəfdə olarsa, Türkiyənin Qars vilayəti və ona yaxın ərazilərin Sovet Ermənistanına birləşdirilməsi planını cızırdılar. Hər iki halda azərbaycanlıların Zaqafqaziyadan Orta Asiyaya və Sibirə deportasiyasına cəhdlər edilirdi.

Sonrakı planın ilk addımı müttəfiqlərin Tehran konfransında (28.XI-01.XII.1943) özünü büruzə verdi. Ermənilər konfransda xaricdəki ermənilərin Sovet Ermənistanına köçürülməsi razılığına nail oldular.

Məqsəd Türkiyədən torpaq qoparmaq və Ermənistandakı azərbaycanlıları xarici ermənilərin Sovet Ermənistanına köçü ilə əlaqədar deportasiya etmək idi. Məqsədin birinciliyinə nail olmaq üçün ermənilər Sovet hökumətinə təsir göstərdilər.

Sovet hökuməti Türkiyə Respublikasına nota verib (1945) yuxarıda adı qeyd edilən ərazini (26,4 kv.km.) və boğazlara nəzarəti tələb etdi. Bu vəziyyətdə az qala Sovet İttifaqı və Türkiyə arasında III Dünya müharibəsi təhlükəsi yaranacaqdı. Böyük təhlükəni görən Stalin tələbindən imtina etdi. Beləliklə, ermənilərin bu məqsədi də puça çıxdı. Türkiyədən torpaq qoparmaq müşkül məsələyə çevrildikdən sonra ermənilər Sovet Azərbaycanın üstünə düşdülər. 1945-ci ilin noyabrında Ermənistan KP MK katibi Q.Arutyunov İ.Stalinə məktubunda Qarabağın Ermənistan SSR-yə verilməsini xahiş etdi. Stalin həmin məktubu K.M.Malenkovun üstünə, Malenkov isə öz növbəsində Azərbaycan rəhbərliyinə göndərdi. Mircəfər Bağırov məktuba cavabında bildirdi ki, Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər (Zəngəzur, Göyçə, Borçalı, Dərbənd və sair) də onun özünə qaytarılsın. Bununla da emənilərin növbəti cəhdi də puça endirildi.

Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi cəhdi boşa çıxdıqdan sonra 1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ hökuməti xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi işinin təşkili haqqında qərar verdi. İlk təbliğatın nəticəsində 130 min erməninin Ermənistana köçürülməsi müəyyən edildi. Köçə xarici erməni təşkilatları («Hnçaq», «Ramkavar» partiyaları, Ümumerməni Xeyriyyə İttifaqı) 1 milyon dollar pul xərclədilər. İlk axında 90 mindən artıq erməni (1946-cı ildə 50,9 min, 1947-ci ildə 35,4 min) gəldi. Sovet Ermənistanında hökumət onların yerləşdirilməsini siyasi məqsəd üçün gecikdirirdi. Onlar həftələrlə dəmiryol stansiyalarında qalırdılar. Bəhanə edirdilər ki, köçkünləri yerləşdirmək üçün şərait yoxdur. Ermənistan hökuməti çıxış yolunu Azərbaycanlıların kütləvi köçürülməsində tapdılar. Moskva isə erməni avantürasına rəvac verdi. Stalin SSRİ Nazirlər Soveti adından 23 dekabr 1947-ci ildə «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul etdi. Azərbaycan SSR Nazirlər Soveti isə 2 fevral 1948-ci ildə köçürülmə haqqında müvafiq qərar qəbul etdi.

SSRİ Nazirlər Sovetinin yuxarıdakı qərarına aydınlıq gətirmək üçün 10 mart 1948-ci ildə yenidən ikinci qərar verildi. Çünki əvvəlki qərarda giriş və izahat yox idi. Lakin həm SSRİ hökumətinin, həm də Azərbaycan hökumətinin qərarları qeyri obyektiv olaraq, real həqiqət və şəraitə uyğun gəlmirdi.

1947-ci il 23 dekabr tarixli qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə «könüllülük» prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün. Beləliklə, Qərbi Azərbaycanın azərbaycanlı əhalisinin növbəti deportasiyası başladı. Bu deportasiya son iki əsrdə Qərbi Azərbaycandan əhalinin soyqırımı və deportasiyası üzrə VII (1828,1856,1878,1905-1907,1918-1920,1937-1938,1948-1953) idi. Bu soyqırımı və deportasiya nəticəsində 150.000 azərbaycanlı əhali Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına və çətinliklə digər rayonlara səpələndi. Nəticədə 50.000 əhali məhv oldu. 50.000 əhali isə Stalin öldükdən sonra dağıdılmış doğma yurdlarına qayıdıb, alaçıqlarda yaşamaqla köhnə yurd-yuvalarını bərpa edə bildilər. Bu hadisə də soyqırımının növbəti bir mərhələsi idi.

1948-1953-cü illər üzrə «könüllü» köçürülmə üç mərhələ üzrə həyata keçirilməli idi: I mərhələ 1948-1950, II mərhələ 1951-1952-ci illər, III mərhələ 1953-cü il. Birinci mərhələnin ilkin nəticələri uğursuzluqlara uğradı. Muğana köçürülən əhalinin əksəriyyəti-xüsusən qocalar və uşaqlar kütləvi surətdə hava və məişət şəraitinin pis olması ucbatından müxtəlif yoluxucu xəstəliklərə tutuldular və kütləvi ölüm halları baş verdi. Bu hadisədən xəbər tutan köçürülməmiş əhali çıxılmaz vəziyyətdə qaldı. İmkansız əhali Azərbaycanın dağlıq rayonlarına, xüsusən Dağlıq Qarabağa köçmək arzularını bildirdilərsə, buna nail ola bilmədilər.

Lakin çox çətinliklə Pəmbək mahalının Barana (Noyemberyan) rayonunun bəzi kəndləri – Ləmbəli, Körpülü və s. Azərbaycan SSR-nin Qazax rayonunda məskunlaşmasına icazə aldılar.

Lakin əhalini Ceyran Çöldə çadırlarda və vaqonlarda yerləşdirdilər. Bir çox köçkünlər torpağı qazıb qoyun yatağı kimi evlər düzəltdilərsə, yaşayış mühiti çox acınacaqlı idi. Hökumət qəsəbənin salınması üçün aciz idi. İmkansız əhali Qazaxın və Borçalının kəndlərinə dağıldılar. Geri, öz kəndinə qayıdanlar da oldu. Lakin dövlət onların evlərini inventarlaşdırıb xaricdən gələn ermənilərə verirdi. Hətta boş evlərə də sahibini buraxmırdılar. Noyemberyan rayonunun Ləmbəli kəndinin əhalisi Stalinin ölümünə qədər kəndin ətraf ərazilərində gecəqonduları tikib orada yaşadılar. Yalnız Xruşşovdan cavab məktubu gəldikdən sonra Ləmbəli camaatı boş olan evlərində yerləşə bildilər.

Borçalı kəndlərinə dağılmış azərbaycanlıların isə taleyi daha acınacaqlı oldu. 1951-ci ilin payızında onları vaqonlarla Qazaxıstana sürdülər. Köçürülmə ilə əlaqədar olaraq Azərbaycan SSR-nin o zamankı rəhbərləri (M.C.Bağırov, T.Quliyev, N.Heydərov) çıxılmaz vəziyyətə düşmüşdülər. Çünki o dövrdə Azərbaycan xalqının iqtisadi-mədəni həyat səviyyəsi Zaqafqaziya respublikaları içərisində qat-qat aşağı səviyyədə idi. Az vaxt içərisində 100.000 əhalini yerləşdirmək asan problem deyildir. Bu «xalqlar atası» Stalinin iradəsi idi.

N. Xruşşovun da hakimiyyətinin son illərində «Böyük Ermənistan» ideyası Mikoyanın təşəbbüsü ilə Sovet idarə aparatının gündəliyinə çıxarıldı. Xruşşovun aqrar siyasətindən – SSRİ-nin iqtisadi regionlara bölünməsi siyasətindən istifadə edən Mikoyan təklif etdi ki, Ermənistan SSR-də və Naxçıvan MSSR-də iqtisadiyyatının əlverişli inkişafı üçün Naxçıvan MSSR-nin Ermənistan SSR-ə birləşdirilməsi vacibdir. Xruşşov təklifi Azərbaycan ziyalılarının müzakirəsinə verdi və nəticədə bu iş baş tutmadı.

Bu illərdə Ermənistanda yaşayan azərbaycanlılara qarşı münasibətdə müəyyən sabitlik baş verdi. Həmin dövrdə respublikanın stalinçi rəhbərlərinə qarşı həyata keçirilən kəskin və ədalətli tədbirlər yerlərdə məsuliyyət hissini artırır, hər hansı bir ekstremist hərəkətin qarşısı alınırdı. Lakin ermənilərin «Mets yeğerni» (“Böyük qırğın”) adlandırdıqları 1915-ci il hadisələrinin 50-ci ildönümü yaxınlaşdıqca ərazi tələbləri, türklərə qarşı ögey münasibətlər baş qaldırmağa başlamışdı. Xüsusilə, Krımın Ukrayna SSR-ə verilməsindən sonra ekstremist tələblər geniş vüsət almışdı.

1962-1963-cü illərdə Ermənistan KP MK bürosunda Azərbaycan və Türkiyəyə torpaq iddiaları haqqında Moskvaya göndərilən ərizələrlə əlaqədar məsələlər müzakirə olunan zaman gizli söhbətlərdə belə bir fakt aşkarlandı ki, SSRİ Ali Sovetin Rəyasət Heyətinin sədri A.İ.Mikoyan Dağlıq Qarabağ Muxtar Vilayət Ermənistan SSR tərkibinə verilməsi məsələsini N.S.Xruşşovun qarşısında qaldırmış, Xruşşov isə cavabında demişdir ki, kifayət qədər hərbi avtomaşınlar ayırıb ermənilərin bir gecə ərzində Dağlıq Qarabağdan Ermənistana köçürülməsi barədə tapşırıq verə bilər. Təbiidir ki, belə kəskin reaksiya da öz təsirini göstərdi.

Lakin 1964-cü ildə N.S.Xruşşovun hakimiyyətdən kənarlaşdırılması müvəqqəti sakitliyi pozdu. Ermənistanda «mets yeğerni» adlandırılan hadisəsinin 50-ci ildönümünü qeyd etməyə hazırlıq işləri genişləndi. Bu tədbirin keçirilməsində xarici ölkələrdə fəaliyyət göstərən daşnaq partiyasının və digər irticaçı-millətçi partiya və qrupların məqsədi Ermənistan SSR-in rəhbərliyinin fəaliyyəti ilə üst-üstə düşür, hər iki tərəfdə aparılan təbliğat işi də bu məqsədə yönəldilmişdi. Belə ki, iddia edilir ki, «qırğın» üçün Türkiyə hökuməti və xalqı məsuliyyət daşıyır, əzəli Ermənistan torpaqları yenidən birləşdirilməli və «Böyük Ermənistan» dövləti yaradılmalıdır.

Gürcüstan SSR-in Boqdanovka rayonunun, habelə ona həmsərhəd olan bölgələrin, Azərbaycan SSR Naxçıvan Muxtar Respublikasının və Dağlıq Qarabağ Muxtar Vilayətinin, Türkiyə Cümhuriyyətinin böyük bir hissəsinin – Ərdəhan, Trabzon, Qars, Bitlis, Van vilayətlərinin Ermənistana birləşdirmək məsələsi həm rəsmi dairələrdə, həm də kütlə tərəfindən irəli sürülür, qətnamələr, müraciətlər qəbul edilirdi. Bütün əmək kollektivlərində, kolxoz və sovxozlarda, ali və orta məktəblərdə, hətta ibtidai siniflərdə belə kompaniyalar aparılır, «Mets yeğerni»nin 50-ci ildönümü erməni xalqının yekdilliyi və birliyi naminə yüksək səviyyədə keçirmək çağırışı səslənir, türklərə qarşı nifrət hissi təlqin edən kinofilmlər nümayiş etdirilir, kitablar çap olunurdu. Kütləvi mətbuat orqanlarında erməni xalqının müdrikliyi, qonşu xalqların köçəri və gəlmə olduqları barədə iri məqalələr çap edilir, radio və televiziyada verilişlər təşkil olunurdu.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, artıq 1965-ci ildə gizli erməni terror ordusu «ASALA» da formalaşmışdır. Hətta təşkilatın komandanlığı «Mets yeğerni»nin 50 illiyi və «xalq qəhrəmanı» Ozanyan Andronikin anadan olmasının 100 illiyini eyni günə (24 aprel 1965-ci il) salaraq türk qırğınları törətmək planını cızmışdılar. Planın proqramına görə, 24 aprel günü silahlı dəstələr Ermənistandakı azərbaycanlı kəndlərinə hücum etməli, dinc əhalini kütləvi surətdə qırmalı idi. Eyni vaxtda Türkiyə sərhədlərində pozuculuq edib, hücumlar etmək, qırğınlar törətmək planlaşdırılırdı. Həmin vaxt radio və televiziya ilə bütün dünyaya elan etməli idilər ki, guya gizli silahlanmış azərbaycanlılar erməni kəndlərinə hücum etmişlər və bunlara kömək məqsədilə türk ordusu sərhəddi pozub sovet sərhədçilərinə hücuma keçmişlər. Planda “ASALA” ümid edirdi ki, Sovet Ordusu münaqişəyə qoşulacaq, bu məqamdan istifadə edib Türkiyədən müəyyən torpaqlarını – Qars, Ərdəhan, İqdır və s. vilayətlərini tutmaq mümkün olacaq.

Bu məqamda plandan duyuq düşən insanlar Gürcüstandan və Azərbaycandan Moskvaya teleqramlar vurdular. Dövlət təcili tədbir görmək məcburiyyətində qaldı. Bütün erməni və Azərbaycan kəndlərinə milis və hərbçi keşikçilər qoyuldu, orduya sayıq olmaq tapşırığı verildi. Ermənilər məcbur olub bu mənfur plandan əl çəkdilər. Lakin yuxarıda deyilən kimi, İrəvanda Lenin Meydanında mitinq keçirildi. Hərbi hissədən mitinqçilərə dağılmaq əmri gələndə, başda keşiş Vazgen olmaqla nümayişçilər ayaqqabılarını əllərinə alıb, Eçmiədzin kilsəsinə yürüş etdilər (30 km-dən artıq yoldur). Sonrakı günlər isə xüsusən, 1965-ci ilin 23-24-25-ci aprel günlərində keçirilən tədbirlər kulminasiya nöqtəsinə çatdı. İrəvan şəhərinin erməni əhalisi küçələrə çıxaraq “genosid” qurbanlarının xatirəsinə ucaldılmış memorial tikinti yerinə doğru axışırdı. Nümayişçilərin önündə katolikosla birlikdə respublikanın rəhbərləri addımlayırdı. Kütlənin başı üzərində qara parça ilə örtülmüş rəmzi tabut və «Böyük Ermənistan», «Qoparılmış ərazilər Ermənistana qaytarılmalıdır!», «İntiqam!», sözləri yazılmış şüarlar aparılırdı.

Bu hadisədən sonra Ermənistan SSR-nin azərbaycanlı əhalisi sıxışdırılmağa başlanıldı, xüsusən İrəvanda, Leninakanda, Kirovakanda, Qafanda avtobuslarda, bazarlarda, ictimai yerlərdə azərbaycanlılar təhqir olunur, döyülürdü.

Azərbaycanlılar Moskvaya (xüsusən Quqark rayonundan) həm ərizə, teleqramlar vasitəsi ilə xəbərdarlıq etmiş, həm də nümayəndə göndərmişlər. Beləliklə, azərbaycanlıların şikayəti Sovet İKP MK siyasi bürosunun iclasında müzakirə olundu; Quqark rayonunda «beynəlmiləl tərbiyənin vəziyyəti» mövzusunda məsələyə baxıldı və beynəlmiləl tərbiyəni yaxşılaşdırmaq üçün tövsiyələr edildi. Respublika miqyasında isə heç kim cəzalandırılmadı. Yalnız Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi Y. Zarobyan vəzifədən azad edilərək 1966-cı il fevral ayında SSRİ Elektrotexnika Sənayesi nazirinin müavini vəzifəsinə təyin olundu. Ermənistanda yaşayan azərbaycanlıların məşəqqətli həyatı olduğu kimi qaldı.

Təəssüf ki, uzun illər çar Rusiyasının və SSRİ-nin avantürist siyasəti sayəsində ermənilərin Qərbi Azərbaycan türklərinə qarşı tətbiq etdikləri 9 deportasiya və soyqırım siyasəti öz siyasi qiymətini dünya miqyasında ala bilmədi.

Türkiyədən və Azərbaycandan torpaq qoparmaq uğrundakı çarpışmalarda məğlub olan ermənilər mübarizə taktikasını dəyişdilər. Bu mübarizə yolunun biri köhnə taktikaları olan terrorçuluq, digəri isə «Böyük Ermənistan» uğrunda pul toplamaq oldu. Onu da qeyd etmək lazımdır ki, ermənilərin daşnaq partiyası Yer kürəsində yeganə partiyadır ki, öz nizamnaməsində terrorçuluğa yer verir. Bu terrorçuluqla da müəyyən niyyətlərinə çatırlar.

«Əzabkeş erməni xalqı»nın üçün yığılan ianə həm xarici erməni diasporu tərəfindən, həm də SSRİ-də yaşayan erməni əhalisi tərəfindən toplanırdı. Həmçinin SSRİ-də pul müxtəlif ictimai təşkilatlar (tarixi abidələrin qorunması, təbiətin qorunması və s.) adından da toplanırdı. «Böyük Ermənistan» adına pul verməyən erməniləri hətta cəzalandırırdılar. Bunu 1988-ci il 28-29 fevralda Sumqayıt hadisəsi, 1990-cı ilin 13-17 yanvarında Bakı hadisələri sübut edir. Ermənilər tərəfindən hazırlanan bu aksiyalarda ermənilər «Böyük Ermənistan» fonduna pul verməyən erməniləri qətlə yetirmişlər, həm də istintaqda müəyyən edilmişdir ki, qeyd edilən aksiyalar ermənilər tərəfindən Moskvanın razılığı ilə törədilmişdir.

Toplanan pullar Eçmiəzdin kilsəsinin adı ilə xarici banklara daxil edilirdi. 1965-ci ildə yalançı «erməni soyqırımı»nın 50 illiyini keçirərkən ermənilər açıq-açığına bəyan edirdilər ki, «Böyük Ermənistan» uğrunda 40 milyard ABŞ dolları dəyərində pul toplamışlar. Onlar etiraf edirdilər ki pul toplamaqda məqsəd Türkiyədən və İrandan (Cənubi Azərbaycan nəzərdə tutulurdu)  “erməni” torpaqlarını almaqdır. Məhz bu pulla daşnaqlar terrorçu erməni ordusu “ASALA”-nı yaratdılar.

Sovet İttifaqında “ASALA”-nın ilk fəaliyyətləri Moskvada metronun partladılması, Ermənistanda hərbi silah anbarlarından silahların oğurlanması, Sumqayıt və Bakıda erməni talanları, Özbəkistanda SSRİ prokurorluğunun məsul işçisi Qdlyanın rəhbərliyi ilə Ahıska türklərinin talanı, Masis və Quqark soyqırımları və sair faktları qeyd etmək olar.

Erməni təcavüzünün növbəti mərhələsi

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu    antaqonist münaqişə hesab edir və “ya hər şey, ya heç nə” prinsipi üzrə hərəkət edir. Münaqişənin açıq, presedent fazasından əvvəl adi gözlə görünməyən, geniş ictimaiyyətə məlum olmayan hadisələr baş vermişdir. Münaqişənin bu gizli, latent fazası Sovet İttifaqında erməni ictimaiyyətinin müəyyən hissəsinin və xaricdəki erməni diasporunun çoxillik fəaliyyəti sayəsində geniş miqyas almışdır. Erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirir, öz niyyətinin etnokratik xarakter daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə tuturdu. O, ilhaqçılıq, Azərbaycan SSR-in 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-ə birləşdirmək məqsədi güdürdü. Uzun illər boyu sıravi insanların şüurunun ilhaqçılıq (“miatsum”) ideyası ilə zəhərlənməsi 1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlərdə üzə çıxdı. Həmin mitinqlər zamanı DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə açıq tələblər səsləndi. Beləliklə, münaqişə insident mərhələsinə keçməyə başladı. Daxili dinamikaya malik olan bu proses məntiqi şəkildə qan tökülməsinə, ərazi ekspansiyası ideyasını dəstəkləməyən böyük insan kütlələrinin faciəsinə doğru aparan hadisələrin get-gedə daha tez-tez baş verməsi ilə səciyyələnirdi.

1987-ci ilin noyabr ayında akademik Aqanbeqyan “Humanite” qəzetinə  verdiyi qalmaqallı müsahibədə erməni etnokratlarının fəaliyyətini dəstəklədi. Bu müsahibə bir növ rəmzi məna daşıyır və onu göstərirdi ki, erməni mənşəli sovet elitasının bir hissəsi Sovet İttifaqında xalqların birgəyaşayışına dair rəsmi normalara açıq-aşkar məhəl qoymur. Etnokrat Z.Balayanın 1985-ci ildə Ermənistanda erməni və rus dillərində çap edilmiş “Ocaq” kitabı yalnız ictimaiyyət tərəfindən pislənilmiş əlamətdar bir epizod idisə, Aqanbeqyanın bəyanatı bu cür hərəkətlərin və bəyanatların açıq-aşkar sistemli hal almasına keçiddən xəbər verirdi.

1987-ci ilin noyabr ayında münaqişə kütləvilik səviyyəsinə çatır: Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların qovulması kampaniyası başlanır. 1920-ci ildən sonra ilk dəfə idi ki, Cənubi Qafqazda yeganə “təqsiri” başqa etnik mənşəli olmasından ibarət olan insanlar fəlakətlər girdabına düşürdü. 1988-ci il yanvarın axırlarında Qafan rayonunda bircə nəfər də azərbaycanlı qalmamışdı. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın başqa rayonlarında yaşayan azərbaycanlıların da aqibəti belə oldu. Beləliklə, 1988-1990-cı illərdə vektoru dəqiq bəlli olan – azərbaycanlılar Azərbaycana, ermənilər Ermənistana getməlidir – tələblə çox böyük insan kütlələrinin yerdəyişməsi  başlanır. O vaxta qədər həyat tərzlərinin və mədəniyyətlərin aşağı səviyyədə qarşılıqlı təsiri barədə danışmağa imkan verən etnik adda-buddalıq sürətlə aradan qalxır.

1988-ci il fevralın 13-də DQMV-nin mərkəzində Qarabağ məsələsi barədə ilk nümayiş təşkil edildi. 1988-ci il fevralın 16-dan martın 2-dək DQMV-də mitinqlər təşkil olunur. Buna cavab olaraq, fevralın 19-da Bakıda nümayiş keçirilir. Azərbaycan və erməni cəmiyyətlərində geniş yayılmaqda olan mübarizə ideyası “cəbhəçi tipli” şəxslərin fəallaşması üçün əlverişli şərait yaradır. Siyasi cəhətdən təcrübəsiz kütlələlərin və mitinq başçılarının bu birliyi XX əsrin 80-90-cı illərinin qovuşağında siyasətin peripetiyalarını müəyyənləşdirir. Məhz 1988-ci ilin əvvəllərində etiraz əhval-ruhiyyəsinin kəskin güclənməsi müşahidə olunur, çünki erməni etnokratları sosial narazılığı milli narazılıqla əvəz etməyə və kütləvi şüuru xəyalpərəstlik və dözümsüzlük istiqamətinə yönəltməyə müvəffəq olurlar.

Etnokratların və kriminalların dayağı olan DQMV Xalq Deputatları Soveti 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Martın 22-də müttəfiq respublikanın – Azərbaycanın bir dövlət kimi bütövlüyünü dağıtmağa yönəlmiş xüsusi ictimai struktur – “DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi uğrunda Komitə” yaradılır. Martın 5-də bu qurum “Krunk” adı ilə qeydiyyata alınmışdı. Münaqişənin ilhaqçı təbiəti Yerevanda “Qarabağ” Komitəsinin təsis edilməsində də öz əksini tapmışdır. 1988-ci il fevralın 21-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi “Dağlıq Qarabağ hadisələri haqqında” qərar çıxarır. Bu sənəddə Vilayət Sovetinin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılır. 1988-ci il martın 24-də Moskva “1985-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul edir. Rəmzi xarakter daşıyan bu qərarda DQMV-nin Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olması vurğulanırdı.

1988-ci il iyunun 14-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsinə razılıq” verir. 1988-ci il iyunun 17-də Azərbaycan SSR Ali Soveti buna cavab olaraq əks qərar qəbul edir: DQMV respublikanın tərkibində qalır. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti hər hansı başqa qərarın pozucu olmasını dərk etdiyindən,  Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə məntiqli qərar qəbul edir. SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müddəadan çıxış edirdi. Konstitusiyaya görə, “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”.

İstər münaqişənin bu müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycan tərəfi mənəvi baxımdan haqlı idi. O, status-kvonu – Azərbaycan və erməni millətlərinin hərtərəfli inkişafına əsla mane olmayan inzibati ərazi bölgüsünü müdafiə edirdi. Qeyd etmək yerinə düşər ki, DQMV-nin sosial inkişafının əsas göstəriciləri həm Azərbaycan SSR-in, həm də Ermənistan SSR-in orta respublika səviyyəsindən yüksək idi.

Azərbaycanın siyasi elitası dövlətçiliyin qorunması mövqelərindən çıxış edirdi, lakin onun  şəxsiyyət potensialı vəziyyətin dramatikliyinə uyğun deyildi. Heydər Əliyevin – çoxmillətli cəmiyyətə rəhbərlik təcrübəsinə malik olan  bu dövlət xadiminin respublikada olmaması münaqişənin inkişafına və onun aralıq yekunlarına bilavasitə təsir göstərirdi.

SSRİ-nin ümumi dövlət orqanı zəiflədikcə, DQMV-də azərbaycanlı və erməni icmalarının barışdırılmasına yönəlmiş bütün tədbirlər heçə enirdi. Bu baxımdan, Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar – 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələndi. SSRİ ilə ABŞ arasındakı  “soyuq müharibə” bu vəziyyəti daha da mürəkkəbləşdirirdi. 1989-cu il iyulun 19-da ABŞ Senatı “Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq,  Dağlıq Qarabağa dair mübahisənin sülh yolu ilə tənzimlənməsinə ABŞ-ın köməyi haqqında” qətnamə qəbul etdi. 1989-cu il noyabrın 19-da ABŞ Senatı “Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin xalqının baxışlarını əks etdirən tənzimlənməsinə kömək etmək” arzusunda olduğunu bəyan edir. SSRİ-də yeni yaranmaqda olan hüquq müdafiə hərəkatı, xüsusən “Memorial” təşkilatı erməni separatçılarını birmənalı şəkildə müdafiə edir və haqlı olaraq belə hesab edir ki, bu, adi himayədarlıqdan daha əhəmiyyətlidir.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” görünməmiş bir qərar qəbul edir. 1990-cı il yanvarın 9-da Ermənistan Ali Sovetinin sessiyası DQMV-nin sosial-iqtisadi inkişaf planını respublikanın 1990-cı il üçün planına daxil edir. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirildi. Bütün bu hadisələr Ermənistanın ilhaqçılıq mövqeyi tutmasına artıq şübhə yeri qoymurdu. Sonralar bu mövqe yalnız ört-basdır edilmişdi. 1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli hərəkatı qalib gəldi. Separatçıların hakimiyyətə gəlməsi yalnız bir məqsəd güdə bilərdi – “yenidən birləşmə” və “millətin öz müqəddəratını təyin etmək hüququ” şüarları altında təcavüzkar müharibə. Mahiyyət etibarilə Ermənistanda problemlərin zor işlətməklə həll edilməsi üsullarını təbliğ edən militokrat etnokratiya hakimiyyətə gəlmişdi.

“Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” 1989-cu il 1 dekabr tarixli qərar Azərbaycanla Ermənistan arasında soyuq müharibənin genişlənməsinə və buna müvafiq surətdə təcavüzkarlara kütləvi nifrətin güclənməsinə səbəb olmaqla xalqlar arasında münasibətlərdə çox ağır nəticələrə gətirib çıxardı. Əslində, bu, münaqişə zonasının keyfiyyətcə genişlənməsi, onun yayılması demək idi. 1990-cı ildə Bakıda baş vermiş məlum yanvar hadisələrindən sonra Kremlin və şəxsən prezident Qorbaçovun nüfuzu heçə enməyə başladı.

Yanvarın 21-də Heydər Əliyevin Moskvada verdiyi ifşaedici bəyanat  Azərbaycan dövlətçiliyinin böhranının aradan qaldırılmasına yönəlmiş intellektual mənalar konsentratını cəmiyyətə açıb göstərdi. Bakıda baş vermiş yanvar hadisələri Azərbaycan elitasının yeni siyasi dünyagörüşü mövqeyinə keçidi ilə əlamətdar oldu – kəskinləşməkdə olan münaqişə beləcə yeni proqram məqsədlərinin formalaşmasını sürətləndirdi. 1990-cı ilin yanvarında Azərbaycan SSR-in əvvəlki rəhbərliyinin iflasa uğraması böyük bir imperiya məkanında sinfi beynəlmiləlçilik ideyaları üzərində qurulmuş siyasətin qeyri-adekvat olmasının rəmzi idi. Yeni ideoloji paradiqma Azərbaycanın millət-dövlət vəziyyətinə keçməsini təmin etməli idi. Lakin Azərbaycanın yeni rəhbərləri yeni siyasətə keçid məsələsində gecikir, hadisələrin gedişinin sürətləndirilməsində səhvlərə yol verirdilər. Lakin  siyasi uzaqgörənliyi, zaman və məkan hissinin yaxşı inkişaf etməsi ilə fərqlənən, hadisələrin gedişini fəal təhlil etməyi bacaran, hər bir hadisənin arxasında dövlətin sərt subyektiv iradəsinin dayanmalı olduğunu başa düşən Heydər Əliyev bu dövrdə məcburi istefada idi.

SSRİ Ali Sovetinin qərarına əsasən yaradılmış DQMV üzrə Respublika Təşkilat Komitəsi lap əvvəldən uğursuzluğa məhkum idi – bu, indi daha aşkar görünür, – çünki həmin komitə obyektiv olaraq özünü qoruyub saxlamaqda maraqlı olan ümumittifaq sisteminin get-gedə zəifləyən  imkanlarına əsaslanırdı. Buna baxmayaraq, Təşkilat Komitəsi 1990-cı il yanvarın 20-dən başlayaraq, DQMV-nin siyasi-hüquqi və psixoloji məkanını addım-addım fəth edir, əhalini etnik dözümsüzlük xülyalarından xilas edirdi. Ümumittifaq dövlətçiliyini qəti şəkildə dağıtmış 1991-ci ilin avqust hadisələrindən sonra bu komitənin fəaliyyəti sakitcə heçə endi. Qorbaçovun ikiüzlü və riyakar siyasəti yeni siyasi reallıq “quruculuğunun” elementlərinə çevrildi. 1991-ci ilin payızında bu siyasət Azərbaycan millətinə heç bir fərəhli perspektiv vəd etmirdi.

1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında “Dağlıq Qarabağ Respublikası” (DQR) elan edildi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Lakin Qorbaçovun son əməli olan “SSRİ Dövlət Şurası” 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğunu elan etdi. 1991-ci il dekabrın 10-da “DQR”-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış referendum keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik “Dağlıq Qarabağ Respublikası”nın müstəqillik bəyannaməsi elan edildi. Erməni separatçılar bu qərarı qəbul etməklə soyuq müharibəni heç bir günahı olmayan azərbaycanlıların və Yerevanın təcavüzkar xülyalarının girovlarına çevrilmiş ermənilərin kütləvi şəkildə həlak olmasına gətirib çıxaran “qaynar mərhələyə” keçirdilər.

1992-ci və 1993-cü illərin hərbi kampaniyası dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar demişdir: “Sərhədləri bütün dünya tərəfindən tanınmış, – bizim ərazi bütövlüyümüz isə BMT tərəfindən tanınır… – suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir… Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir”.

1993-cü ildə Azərbaycan milləti güclü dövlət başlanğıcının, həyatın sınağından keçmiş idarəçilik kadrlarının və ilk növbədə kreativ liderin şəxsində insan kapitalının nə qədər dəyərli olmasını öz təcrübəsində yəqin etdi. Bu millətin tarixi miqyasda bəxti gətirmişdi, bütün bunlar var idi. Aristotelin entelexiya adlandırdığı potensial imkanların faktik imkanlara keçməsini reallaşdırmaq üçün xalqın iradəsi tələb olunurdu.

1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıtması Dağlıq Qarabağ münaqişəsində yeni bir səhifə açdı. 1993-cü ildə Heydər Əliyev yeni Azərbaycan dövlətçiliyinə yol açdı. Bu baxımdan Dağlıq Qarabağ problemi yalnız aşağıdakı prizmadan təhlil edilir: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır… Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində… heç bir güzəşt olmayacaqdır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik xəttinin varisliyini əks etdirir.

İş-işdən keçəndən sonra, 1993-cü ildə Heydər Əliyevə obyektiv və subyektiv səbəblərdən yaranmış ağlasığmaz dərəcədə mürəkkəb şərait  miras qalmışdı. O, belə bir nəticəyə gəldi ki, Dağlıq Qarabağ probleminin həllinə sintetik yanaşma, daxili və xarici siyasət amillərinin bütün kompleksinin hökmən nəzərə alınması tələb olunur. Bu, xüsusən, döyüş qabiliyyətli nizami ordu formalaşdırılması, sabit hakimiyyət qurumlarının yaradılması, iqtisadiyyatın bərpası və iqtisadi islahatların keçirilməsi, neft müqaviləsinin bağlanması və bu tədbirlərin nəticəsi kimi millətin sıx birləşdirilməsi demək idi. Heydər Əliyev deyirdi: “İşləri qaydaya salmaq üçün mənə iki il yarım vaxt lazım gəldi”. Heydər Əliyev özü etiraf edirdi ki, 1993-1994-cü illərdə o, “özünün uzun iş gününün 80 faizini” bu problemin həllinə ayırırdı.

1994-cü il mayın 5-də Bişkekdə barışıq haqqında protokol imzalandı. Ermənistanın təcavüzü nəticəsində 1993-1994-cü illərdə yeddi rayon – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları tutuldu. Bir milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrildi.

1993-cü ildə silahlı münaqişənin genişlənməsi nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir: 1993-cü il 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilmiş və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul olunmuşdur. Həmin ifadə BMT Baş Assambleyası tərəfindən hər il qəbul edilən “Birləşmiş Millətlər Təşkilatı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq” adlı qətnamələrə müntəzəm olaraq daxil edilir.

ATƏT çərçivəsində qəbul olunmuş qərarlar BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar prosesinin normativ hüquqi bazası və mexanizmini təşkil edir. Hələ 1992-ci ildə Helsinkidə keçirilmiş əlavə görüşdə ATƏM-in üzvü olan ölkələrin xarici işlər nazirləri Dağlıq Qarabağda silahlı münaqişənin genişlənməsi ilə əlaqədar narahatlıqlarını bildirmiş və Minskdə xüsusi konfrans çağırılması istəklərini ifadə etmişdilər. ATƏM-in 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə toplantısında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiqlik təsdiq edilmiş və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul olundu. Eyni zamanda, dövlət və hökumət başçıları ATƏM-in fəaliyyətdə olan sədrinə danışıqların vahid və razılaşdırılmış bazasını yaratmaq, eləcə də bütün vasitəçilik və danışıq  fəaliyyətinin tam əlaqələndirilməsini təmin etmək üçün Minsk konfransının həmsədrlərini təyin etmək barədə tapşırıq verdilər. Dövlət və hökumət başçıları tərəflər silahlı münaqişənin dayandırılması barədə siyasi razılığa gəldikdən sonra sülhün qorunub saxlanması üçün ATƏM-in çoxmilli qüvvələrini göndərməyə siyasi cəhətdən hazır olduqlarını da bəyan etdilər.

1995-ci ildə MDB-nin üzvü olan dövlətlərin başçıları Müstəqil Dövlətlər Birliyində sülhün və sabitliyin qorunub saxlanması barədə Memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən boyun qaçırdı. Həmin bəndlərdə deyilirdi ki, “Üzv dövlətlər… öz ərazilərində… separatizmin, millətçiliyin, şovinizmin və faşizmin hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər”, onlar həmçinin “başqa üzv dövlətlərin ərazisində separatçı  hərəkatları və separatçı rejimləri dəstəkləməməyi, …onlara iqtisadi, maliyyə hərbi və başqa kömək göstərməməyi öhdəyə götürürlər”.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən yekun bəyannamənin qəbul edilməsinə mane oldu.

1997-ci il sentyabrın 20-24-də ATƏT-in Minsk qrupundan olan vasitəçilər münaqişənin sülh yolu ilə həllinə dair yeni plan təqdim etdilər. Həmin planda göstərilirdi ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət qurumu və ərazi qurumudur”. 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu tərəfindən təklif edilən “ümumi dövlət” ideyası Azərbaycan tərəfindən rədd olundu. 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul zirvə toplantısında qəbul edilmiş yekun sənədlərində Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə birbaşa istinad yoxdur.

Ermənistan-Azərbaycan münaqişəsi Avropa Şurasında da müzakirə olunmuşdur. 1997-ci ildə AŞPA “Cənubi Qafqazda münaqişələr haqqında” qətnamə qəbul etmişdir. Həmin qətnamədə bəyan edilir ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi, xüsusən, sərhədlərin toxunulmazlığı və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu verilməsi prinsipləri nəzərə alınmaqla tərəflərin danışıqlarının mövzusu olmalıdır.

1999-cu il aprelin 25-də Azərbaycan Prezidenti H.Əliyev və Ermənistan Prezidenti R.Koçaryan Vaşinqtonda ilk ikitərəfli görüş keçirdilər. 2001-ci il yanvarın 26-da və martın 4-5-də onlar Parisdə, daha sonra, 2001-ci il aprelin 3-7-də Ki-Uestdə görüşdülər.

2006-cı ildə ATƏT-in Minsk qrupu gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün referendum keçirilməsini təklif etmiş və ona razılıq verilməsini erməni qoşunlarının Azərbaycanın hazırda işğal edilmiş torpaqlarından çıxarılması ilə əlaqələndirmişdi.

Prezidentlər İlham Əliyevin və Robert Koçaryanın 2003-cü il dekabrın 11-də Cenevrədəki ilk görüşündən başlayaraq dəfələrlə keçirdikləri görüşləri də qeyd etmək lazımdır.

Hadisələrin bu konturu bir tərəfdən, Cənubi Qafqazın iki dövləti olan Azərbaycanın və Ermənistanın təbiətində, digər tərəfdən, münaqişənin həllinə onların konseptual yanaşmalarında ciddi fərq olduğunu göstərir.

Azərbaycanın dövlət quruculuğu mədəniyyəti ölkədə məskunlaşmış xalqların biliklərinin, vərdişlərinin və təcrübəsinin sintezindən ibarət olmuşdur və indi də belədir. XX əsr ərzində Azərbaycanda siyasi millət, yəni vətəndaş milləti yaranmışdı. Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Bu sözlər müasir Azərbaycan dövlətçiliyinin taleyüklü təbiətini əks etdirir. Müasir Azərbaycan dövlətinin siyasətinin ideya-mədəni və siyasi-psixoloji mənbələri bunlardır.

Müasir Azərbaycan Respublikası Azərbaycanda yaşayan xalqların vətəndaş-siyasi müqəddəratlarını təyin etməsinin nəticəsi olan bir millətin mövcudluğunu nəzərdə tutur. Bu başlıca mənada millət çərçivəsində “ayrılmaq da daxil olmaqla etnik müqəddəratın təyin edilməsi” problemi saxta, uydurma problemdir. Milli dövlətləri parçalamaq vasitəsi kimi istifadə edilən etnokratik millətçiliyin başlıca dəlilinin əsası yoxdur. Millət-dövlət çərçivəsində etnos siyasi-hüquqi subyekt ola bilməz, o, yalnız mədəni-tarixi subyekt ola bilər. Müasir millət-dövlətlər polietnik dövlətlərdir. Etnosların ümumi milli mənafe və etnosun fövqündə duran ideologiya ilə siyasi millət şəklində birləşmədiyi dövlət, olsa-olsa, böhranlı vəziyyətdə mövcud ola bilər. Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tətbiqən siyasi fəlsəfəsi ən ümumi şəkildə belədir.

Dağlıq Qarabağ münaqişəsinin gələcəyi bu məsələnin indiki vəziyyətinin birbaşa davamı deyildir. Ən əvvəl ona görə ki, diplomatiya tarixində hadisələr barışıq əldə olunandan sonra Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin ifadə etdiyi bir mənəvi meyara görə qiymətləndirilir: “Əlbəttə, diplomatik uğurlar bizi sevindirir… lakin əgər bizim torpaqlar hələ də işğal altındadırsa, deməli, bütün bu nəticələrin prinsipial əhəmiyyəti yoxdur. Nəticələrin əhəmiyyəti o vaxt olacaqdır ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad edilsin, bizim soydaşlarımız isə doğma yurdlarına qayıtsınlar. Bizim soydaşlarımız işğal edilmiş torpaqlara – Dağlıq Qarabağa bitişik ərazilərə və Dağlıq Qarabağa qayıtmalıdırlar”.

Diplomatik uğurların qiymətləndirilməsi meyarı praktikadadır – Azərbaycan dövlətinin şəksiz və qanunauyğun şəkildə ölkənin ümumi qüdrətində əks olunan uğurlarındadır. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev deyir: “Bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Bir daha demək istəyirəm ki, hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır. Eyni zamanda, mən əminəm ki, biz bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə etməklə Ermənistana güclü təzyiq göstərə bilərik. Bu, artıq hiss edilir”.

Dağlıq Qarabağ problemi çoxmillətli Azərbaycanın vətəndaşlarının xeyrinə həll ediləcəkdir. Ölkəmiz burada məskunlaşan bütün xalqların ümumi evi olmuşdur və olacaqdır.

Quba məzarlığı

qsoyqirimQubada ermənilər tərəfinədən törədilən ən dəhşətli soyqırımdır. 2007-ci ildə şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən burada kütləvi qəbiristanlıq aşkar edilmişdir və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilmişdir. Qazma işləri hələ davam etdirilir.
Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib. Mart Soyqırımı və ya Mart Hadisələri (ingiliscə: March Events) – 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı böyük qırğınlar törətdi. Regionlarda ən böyük qətliam Quba qəzasında aparıldı. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm… Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”. Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırmışlar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirilmişlər. Hətta ermənilər adamların gözlərini çıxararaq “gözmuncuğu” düzəldirmişlər.

Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürüldü. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycanın ümummilli lideri prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.

Erməni işğalının qısa xronologiyası

Ermənilər Azərbaycan ərazisinə köçürüldüyü gündən ərazi iddiaları irəli sürüb ağlasığmaz işğallar törətsələr də, XX əsrin əvvəllərindən başlayaraq bu işğallar daha yüksək miqyas almışdır.

Bu tarixi faciələrin xronologiyasını diqqətinizə çatdırırıq:

29 may 1918-ci il. Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edir (Məsələylə bağlı Milli Şurada Fətəli Xan Xoyski Azərbaycan Milli Şurasına məlumat verir. X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxulislamov, M.Məhərrəmov çıxış edərək İrəvan şəhərinin ermənilərə güzəşt edilməsinin mümkünsüzlüyünü bildirirlər. İki gün sonra İrəvan Milli Şurasının üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov İrəvanın ermənilərə güzəştə gedilməsinə etiraz edirlər. Ancaq iyun ayının 1-də keçirilən Azərbaycan Milli Şurasının iclası bu etirazı qəbul etmir. Bununla yanaşı İrəvanın güzəştə gedilməsiylə bağlı şəhərə nümayəndə heyəti göndərmək qərara alınır”.

Milli Şuranın 29 may 1918-ci il iclasının protokoluna görə, siyahıda olan 28 nəfərdən 20-si bu qərarın lehinə səs verir. 1 nəfər əleyhinə olur, 3 nəfər bitərəf qalır. )

01 dekabr 1920-ci il. Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı  ilə Ermənistana verilir.

07 iyul 1923-cü il. Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət statusu verilir.

18 sentyabr 1923 cü il. Xankəndinın adı dəyişdirililərək, “Stepanakert” adlandırılır.

18 fevral 1929-cu il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi–Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir.

1930-cu il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistana verilir və bu ərazilər üzrə Mehri rayonu yaradılır.

1938-ci il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.

28 noyabr 1945-ci il. Ermənistan rəhbəri H.Arutinov Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir.

1947-1953-cü illər. Ermənistanda toplum şəkildə yaşayan 150 min nəfərdən artıq azərbaycanlı SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycana köçürülür.

1969-cu il. Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir.

1982-ci il. Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsi Ermənistana verilir.

1986-cı il. Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisi Ermənistana verilir.

15 iyun 1988-ci il. Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir.

25 dekabr 1988-ci il. Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi əsasən başa çatdırılır.

01 dekabr 1989-cu il. Ermənistanın Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda qərar qəbul edir.

18 yanvar 1990-cı il. Ermənistanın silahlı birləşmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının Kərki kəndi  işğal edilir.

20 avqust 1990-cı il. Ermənistan silahlı qüvvələri Qazax rayonun Bağanis Ayrım kəndini işğal edirlər. 5 nəfər kənd sakini öz evlərində diri-diri yandırılır.

08 avqust 1991-ci il. Ermənistan hakimiyyəti tərəfindən orada azərbaycanlıların yaşadıqları sonuncu Nüvədi kəndi boşaldılır, əhalisi döyülərək Ermənistandan qovulur.

15 yanvar 1992-ci il. Kərkicahan qəsəbəsi işğal edilir.

10 fevral 1992-ci il. Quşçular və Malıbəyli kəndləri işğal edilir.

13-17 fevral 1992-ci il. Dağlıq Qarabağın Xocavənd rayonunun Qaradağlı kəndi işğal edilir.

25-26 fevral 1992-ci il. Erməni quldur dəstələri Rusiyanın 366-cı polku ilə birlikdə Xocalı şəhərini     darmadağın edir, dəhşətli soyqırım törədirlər.

08 mart 1992-ci il. Qazax rayonunun Xeyrimli kəndi işğal edilir.

12 mart 1992-ci il. Qazax rayonunun Aşağı Əskipara kəndi işğal edilir.

12 mart 1992-ci il. Dağlıq Qarabağın Sırxavənd, Qaraşlar, Bəşirlər, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli kəndləri işğal edilir.

07 aprel 1992-ci il. Kəlbəcər rayonunun Ağdaban kəndi zəbt edilir və yandırılır.

27 aprel 1992-ci il. Qazax rayonunun Sofulu kəndi işğal edilir.

08 may 1992-ci il. Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir.

11 may 1992-ci il. Qazax rayonunun Qızıl Hacılı kəndi işğal edilir.

18 may 1992-ci il. Ermənistan silahlı qüvvələri tərəfindən Laçın işğal edilir.

08 iyun 1992-ci il.  Qazax rayonunun Yuxarı Əskipara kəndi işğal edilir.

10-12 dekabr 1992-ci il. Ermənistanın işğalçı qoşunları Qubadlı və Zəngilan rayonlarının Şayıflı, Seyidlər, Ərkənd, Bərəli, Qazançı, Günqışlaq, Pirveyisli, Canbar, Yuxarı Qayalı kəndlərini zəbt edirlər.

27-28 mart 1993-cü il. Kəlbəcər rayonunun Ağqaya, Mərcimək, Təzəkənd, Ağcakənd, Narışlar kəndləri işğal edilir.

02 aprel 1993-cü il. Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal       edilir.

12-15 iyun 1993-cü il. Ağdam rayonunun Əliağalı, Əlimədədli, Qalayçılar kəndləri işğal edilir.

25 iyun 1993-cü il. Ağdam rayonunun Boyəhmədli, Papravənd kəndləri işğal edilir.

26 iyun 1993-cü il. Ermənilər Ağdərə şəhərini işgal edirlər.

04 iyul 1993-cü il. Füzuli rayonunun Arış, Qoçəhmədli, Qaracalı, Xatınbulaq, Gorazilli kəndləri işğal edilir.

05 iyul 1993-cü il. Ağdam rayonunun Şelli kəndi işğal edilir.

21 iyul 1993-cü il. Ağdam rayonunun Muğanlı və Şıxbabalı kəndləri işğal edilir.

22 iyul 1993-cü il. Ağdam rayonunun Mərzili, Novruzlu, Yusifcanlı, Qiyaslı, Xıdırlı, Sarıcalı, Muradbəyli kəndləri işğal edilir.

23 iyul 1993-cü il. Ermənistan silahlı qüvvələri Ağdamı işğal  edirlər.

24 iyul 1993-cü il. Füzuli rayonunun Cuvarlı kəndi işğal edilir.

15 avqust 1993-cü il. Füzuli rayonunun Aşağı Veysəlli, Yuxarı Yağlıvənd kəndləri, Cəbrayıl  rayonunun Sur, Banazur, Quşçular, Qışlaq kəndləri işğal edilir.

23 avqust 1993-cü il. Ermənistan silahlı qüvvələri Füzulini işğal edirlər.

23 avqust 1993-cü il. Ermənistan silahlı qüvvələri Cəbrayılı işğal edirlər.

31 avqust 1993 cü il. Ermənistan silahlı qüvvələri Qubadlını işğal edirlər.

28 oktyabr 1993-cü il. Zəngilan rayonunun Mincivan qəsəbəsi işğal edilir.

29 oktyabr 1993-cü il. Ermənistan silahlı qüvvələri Zəngilanı işğal edirlər.