Milli qəhrəman fəxri adı haqqında

milliqehremanAzərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan “Azərbaycanın Milli Qəhrəmanı” adı “Azərbaycanın Milli Qəhrəmanı” adının müəyyən olunması haqqında” Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur.

“Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.

“Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.

“Azərbaycanın Milli Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.

Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — “Ay-Ulduz” medalı “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir.

“Ay-Ulduz” medalı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən “Qızıl Ulduz” medalı ilə əvəz edilmişdir

Milli Qəhrəmanlar

Abdullayev Namiq Vahid oğlu (1974-1993)

Ağayev Faiq Alış oğlu (1969-1992)

Aslanov Şikar Davud oğlu (1970-1992)

Bağırov Allahverdi Teymur oğlu (1946-1992)

Behbudov Səfiyar Abuzər oğlu (1967-1992)

Edilov Yelmar Şahmar oğlu (1946-1994)

Əhmədov Natiq İlyas oğlu (1969-1991)

Əkbərov Akif Abbas oğlu (1952-1991)

Əliyev Nadir Alış oğlu (1962-1993)

Hacıyev Əlif Lətif oğlu (1970-1992)

Həsənov Tabil Qasım oğlu (1960-1992)

Hüseynov Vüqar Tofiq oğlu (1969-1991)

Hüseynov Elman Süleyman oğlu  (1952-1993)

Hüseynov Rövşən Şəmil oğlu (1967-1992)

Hüseynov Sadıq Dayandur oğlu (1969-1992)

Hüseynov Tofiq Mirsiyab oğlu (1954-1992)

İsgəndərov Əlabbas Qara oğlu (1958-1992)

İsmayılov Etibar Bəylər oğlu (1964-1994)

İsmayılov İnqilab Ələkbər oğlu (1962-1992)

Kərimov Bəşir Bəylər oğlu (1976-1995)

Kərimov Elgiz Kərim oğlu (1971-1992)

Mirzəyev Şirin Vəli oğlu (1947-1992)

Məhərrəmov Asif Yusif oğlu (1952-1994)

Məmmədov Seymur Qəhrəman oğlu (1971- 1992)

Məmmədov Nizami Murad oğlu  (1958-1992)

Məmmədov Mövsüm Şahin oğlu (1967)

Məmmədov Kazım Ərşad oğlu (1969-1991)

Nəcəfov Yunis İsa oğlu (1967-1992)

Orucov Vəzir Surxay oğlu (1956-1993)

Paşayev Baxşeyiş Xanəhməd oğlu (1936-1992)

Qasımov İxtiyar Qasım oğlu (1970-1992)

Quliyev Mirzə Məcid oğlu (1974)

Qəmbərov Ramiz Bulud oğlu (1962-1992)

Quliyev Vahid Həbibulla oğlu (1955)

Qəhrəmanov Fariz Çoban oğlu (1974)

Rüstəmov Hidayət Eldar oğlu (1970-1991)

Rüstəmov Füzuli Salah oğlu (1965-1990)

Rzayev Canpolad Yaqub oğlu (1968-1992)

Rəfiyev Faiq Qəzənfər oğlu (1955-1992)

Səfərov Sərdar Mədəd oğlu (1960-1991)

Səlimov Araz Bahadır oğlu (1960-1992)

Salahov Şakir Şamil oğlu (1966-1992)

Şükürov Şahlar Əvəz oğlu (1952-1990)

Teymurov Rizvan Rəhman oğlu (1967-1991)

Tağıyev Şahin Talıb oğlu (1949)

Zülfüqarov Elxan Qaçay oğlu (1954-1994)

Daha ətraflı