Tarixi-coğrafi ərazi

tceraziQarabağ xanının vəziri olmuş Mirzə Camal Cavanşir (1773-1853) “Qarabağ tarixi” (1847) əsərində Qarabağın tarixi-coğrafi ərazisindən bəhs edərkən yazır: “Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmşəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə “Krasnı most, yəni (Qırmızı körpü) adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq, gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə) sərhədi Kür çayına qədər-Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatar. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”. Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə olması onunla təsdiq olunur ki,

  1. bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır;
  2. bu fakt yalnız təcrübə ilə deyil, qaynaqlarla da əsaslandırılır.

Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Bu faktlar Qarabağın qədim zamanlardan Azərbaycanın tarixi bölgəsi olduğunu sübut edir.

Relyef

relyefHal-hazırda işğal altında olan Azərbaycanın Qarabağ  ərazisinin əsas geomorfoloji vahidləri Kiçik Qafqazda yerləşir. Qarabağın ərazisi şimal-qərbdən cənub-qərbə doğru tədricən alçalır. Azərbaycan daxilində işğal olunmuş dağların ən mühüm geomorfoloji vahidləri Şahdağ, Murovdağ, Göyçə, Qarabağ silsiləsi və Qarabağ vulkanik yaylasıdır.

Şahdağ silsiləsi Azərbaycanla Ermənistan sərhəddi boyunca uzanaraq Göyçə gölü hövzəsi ilə Kür çayı hövzəsi arasında suayrıcı təşkil edir. Şahdağdan şərqə doğru Murovdağ silsiləsi uzanır, onun ən uca zirvəsi Gamışdağdır (3774m). Murovdağdan cənub-qərbə doğru uzanan Qarabağ silsiləsi Araz çayına doğru davam edir. Onun mütləq hündürlüyü Böyük Kirs dağında 2725 m-ə çatır. Bu silsilələn qərbdə Kaynozoy erasında əmələ gəlmiş 2000-3000 m mütləq yüksəkliyə malik Qarabağ vulkan yaylası yerləşir. Dördüncü dövrün vulkan püskürmələri məhsulları yaylanın səthini örtmüş, vulkanın sönmüş konusları isə yüksəkliklər əmələ gətirmişdir. Yaylada ən böyük vulkanlar İşıqlı və Qızılboğazdır.

Azərbaycan ərazisində 5 tektonik zona yerləşir. Hər tektonik zona iri relyef formalarına müvafiq gəlir. İşğal olunmuş Qarabağ torpaqları bu tektonik zonalardan bir hissəsi olan Kiçik Qafqaz qalxmasının çox hissəsini əhatə edir. Burada çoxlu geoloji sturukturlar mövcuddur. Qarabağ torpaqları Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsini əhatə edir. Onun relyefi çox mürəkkəbdir. Burada uca, parçalanmış dağ silsilələri, hamar yamaclı alçaq dağ tirələri, dağarası çökəkliklər, dərin dərələr bir-birini əvəz edir.

Qarabağ silsiləsi Murovdağın cənubundan başlayaraq Araz çayına qədər uzanır. Bu silsilə Böyük və Kiçik Kirs, Qırxqız dağlarından və onların tirələrindən ibarətdir. Qarabağ silsiləsindən qərbə, Ermənistan sərhəddinə qədər geniş ərazini Qarabağ Vulkan yaylası əhatə edir. Yaylanın hündürlüyü 3000 m-ə çatır. Onun üzərində çoxlu hamarlaşmış tirələr və sönmüş vulkanlar var. Böyük İşıqlı (3552m) vulkanın iki konusu yaylanın cənub qərbində, Ermənistan sərhəddindən ucalır. Lava örtüyündən şərqə Mezozoyun turş intruziv süxurlarından ibarət Dəlidağ (3616m) yerləşir.
Qarabağ Vulkan yaylası qərb hissələri ekzotikliyi ilə fərqlənir.

Qarabağın düzənlik hissəsinin mütləq hündürlüyü 0-400 m arasında dəyişir. Bu ərazilər ancaq 4-cü dövrdə çayların gətirdiyi daşlardan, qumlardan, gillərdən yaranmışdır.

Qarabağ ərazisindəki Dəlidağ Kiçik Qafqazda maqmatik mənşəli dağdır. Mıxtökən silsiləsinin ən yüksək zirvəsi olan bu dağda alp və subalp çəmənlikləri vardır. Yamaclarında qədim buzlaq izləri qalmışdır. Dəlidağ Kəlbəcər və Laçın rayonları sərhədindədir.

Keçəldağ isə Qarabağ yaylasında yerləşir. Sönmüş vulkan konusudur. Hündürlüyü 3171 m – dir. Pliosenin vulkan süxurlarından təşkil olunmuşdur. Yamaclarında qədim buzlaq relyefi formaları inkişaf etmişdir. Zirvəsi qayalıqdır. Alp çəmənləri, perlit yatağı (Keçəldağ perlit yatağı) vardır. Kəlbəcər rayonu ərazisindədir.

Su ehtiyyatları

Çaylar

chayAzərbaycanın Qarabağ ərazisindən başlayan çaylar əsasən Kür və Araz çaylarına yaxud da onların hövzəsinə aid olan çaylara tökülür. Burada yerləşən dağların uca zirvələri Kür və Araz çay hövzələri arasında suayrıcı təşkil edir. Burada olan çaylar yağış və qar suları ilə qidalanır və suyundan suvarmada istifadə olunur. Tərtər və Həkəri çayları vulkanik yayladan başlayır. Arpaçay (128 km) və Bazarçayın (178 km) mənbələri yaylanın şimal-qərb hissəsindədir. Bu çaylar əsasən yağış, qrunt və yeraltı suları ilə qidalanır. Ona görə də ilin isti yarısında daşırlar. Kiçik Qafqazın cənub-şərq yamacında axan Tərtərçay, Xaçınçay, Qarqarçay, Həkəriçay, Oxçuçay Mil və Qarabağ düzlərinin suvarılmasında böyük əhəmiyyət kəsb edir.

Tərtər çayı – öz mənbəyini Kəlbəcər rayonundan götürür, Ağdərə, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Tərtər çayının qolları Tutqu, Lev və Ayrım çaylarıdır. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 3117 m-dir. Çayın üzərində Sərsəng su anbarı yaradılmışdır.

Xaçınçay – öz mənbəyini Kəlbəcər rayonundan götürür Ağdam, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Uzunluğu 119 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2090 m-dir.

Köndələnçay – öz mənbəyini Şuşa rayonundan götürür. Xocavənd və Füzuli rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla uzunluğu 102 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 1780 m-dir.
Bərguşad çayı (Bazarçay) – öz mənbəyini Ermənistan Respublikasından götürür. Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla, uzunluğu 164 km-dir. Ona Qubadlı ərazisindən Ağa, Bəxtiyarlı və Davudlu kiçik çay qolları axır.Çayın çirklənməsi çayətrafı ərazilərdə yerləşən iri yaşayış məntəqələrində yaranan (Ermənistan ərazisində) sənaye və məişət-çirkab suları hesabına olur. Çayın zəngin balıq növləri erməni işğalçıları tərəfindən talan olunur. Əksər hallarda balıqların kütləvi şəkildə kimyəvi maddələrlə qırılmasına yol verilir.

Həkəri çayı – öz mənbəyini Laçın rayonunun 3080 m hündürlüyündən götürərək Qubadlı və Zəngilan rayonlarının ərazisi ilə axır. Araz çayının sol qolu olmaqla, uzunluğu 128 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2812 m-dir.Çayın suyundan içmək və suvarma məqsədləri ilə istifadə olunur. Qiymətli farel, kütüm və s. balıqlar bu çayda kürü tökürlər.

Oxçuçay – öz mənbəyini Zəngəzur dağ silsiləsindən (Qapıcıq dağı) götürməklə Zəngilan rayonunun ərazisi ilə axır. Araz çayının sol qolu olmaqla uzunluğu 85 km-dir. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən birbaşa Azərbaycan ərazisində Şərikan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «Ölü zonaya» çevirmişdir.

Bəsitçay – Araz çayının sol qolu olmaqla öz mənbəyini Ermənistan Respublikasından götürür. Çayın uzunluğu 44 km – dir (17 km-i Azərbaycan ərazisinə düşür). Çay Ermənistanın dağ kəndlərinin donuz fermalarının tullantıları ilə çirkləndirilir.

Qarqar çayı – öz mənbəyini Şuşa rayonundan 2080 m hündürlükdən götürərək Xankəndi, Xocalı, Ağdam və Ağcabədi rayonlarının ərazisi ilə axır. Qarqar çayı Zarıslı və Xəlfəli çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi ilə mənsəbi arasında hündürlük fərqi 2080 m – dir. Əsas qolları – Ballıca, Bədərə, Dağdağan və sairdir.

Çaylaqçay – Araz çayının sol qoludur. Cəbrayıl rayonu ərazisindən axır. Uzunluğu 32 m–dir. Başlanğıcını Kiçik Qafqazın cənub ətəyindən (1750 m) alır. Axımı yağış sularından əmələ gəlir. Çaylaqçaydan suvarma işlərində geniş istifadə edildiyinə görə suyu mənsəbə çatmır.

Göllər

golQarabağda yerləşən göllər əsasən buzlaq mənşəlidir. Bunlar əsasən Murovdağ və Dəlidağın 2800-3500 m yüksək hissələrində əmələ gəlmişdir. Onlar əsasən qar və buzlaq suları ilə qidalanır və hamısı şirin suludur. Bu göllər əsasən aşağıdakılardır:

Böyük Alagöl Qarabağ vulkan yaylasında okean səviyyəsindən 2729 m yüksəklikdə yerləşir. Gölün ən uzun yeri 3,7 km, ən enli yeri 9 m-dən artıqdır, gölün həcmi isə 24,3 mln m³-dir.

Kiçik Alagöl isə 2739 m hündürlükdə yerləşir. Gölün səthinin sahəsi 1,2 km²-dir, ən dərin yeri isə 4 m-dir. Böyük və Kiçik Alagöllərin ətrafı alp çəmənlikləridir.

İşıqlı dağının şimal-şərq yamacında, dəniz səviyyəsindən 2666 m yüksəklikdə Qaragöl yerləşir. İşıqlı Qaragöl Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhədində yerləşir, sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Gölün sahəsi 1.8 km², həcmi 10.2 mln. m³, ən dərin yeri isə 10 m-dir.

Qarabağ vulkanik yaylasında yerləşən nisbətən kiçik göl Pəriçınqıl 2961 m mütləq hündürlükdə yerləşir. Həcimi 2,4 mln. m³, səthinin sahəsi 0,94 km², ən dərin yeri isə 5,4 m.-dir.

Bulaqlar

bulaqAzərbaycanın Qarabağ bölgəsi bulaqlarla zəngindir. Laçın rayonunda Alıcan kəndindən başlayaraq şimal-qərb istiqamətində yan süxurları yararaq üzə çıxan maqmat süxurlar boyunca narzan tipli, əhəmiyyətli debiti olan mineral bulaqlar mövcuddur. Bu bulaqlar Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin (böyük debitə malikdir), Nağdalı, Hacıxanlı (Xallanlı, Başlıbel – Kəlbəcər rayonunda) narzan tipli sular olmaqla böyük müalicəvi əhəmiyyətə malikdir.

Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir və on ildən çoxdur ki, nəinki azərbaycanlılar, hətta yaxın və uzaq xaricdən gələn qonaqlar təbiətin bu gözəl nemətindən istifadə etməkdən məhrumdurlar.

Qubadlı rayonunda 600-dən çox mineral maddələrlə zəngin, soyuq, şəfalı suyu olan təbii bulaqlar vardır.

Su anbarları

suanbarlari

Azərbaycanın Qarabağ bölgəsində bir neçə respublika əhəmiyyətli su anbarı var. Buna misal olaraq Tərtərçay üzərində tikilən Sərsəng su anbarını göstərmək olar. Bu su anbarı 1976-ci ildə tikilib. Onun həcmi 565 mln. m³, səthini sahəsi 14,2 km², mütləq hündürlüyü 726 m-dir.

Xaçınçay su anbarı 1964-cü ildə tikilib, onun həcmi 23 mln m³, mütləq hundürlüyü 507 m, səthinin sahəsi 1,76 km²-dir.

Ən yüksək mütləq hündürlükdə yerləşən Qanlıgöl su anbarı da Qarabağda yerləşir. Onun həcmi 1,0 mln m³, səthinin sahəsi 0,1 km², mütləq hündürlüyü isə 2420m-dir. Bu su anbarı 1965-ci ildə tikilib.

Arpaçay su anbarı eyni adlı çayın üzərində 1977-ci ildə tikilib. Qidalanma mənbəyi Arpa çayıdır. Onun həcmi 150 mln. m³, səthinin sahəsi 6,3 km², mütləq hündürlüyü 955 m-dir.

Ağdamkənd su anbarı 1962-ci ildə Qarqarçay üzərində tikilib. Onun həcmi 1,6 mln.m³, səthinin sahəsi 0,5 km² və 291,5 m mütləq hündürlükdə yerləşir.

Təbii ehtiyyatlar

tebiiehtiyatAzərbaycanda ən zəngin faydalı qazıntı yataqları, demək olar ki, Qarabağ bölgəsinə aiddir. Məlum olduğu kimi, ümumilikdə işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidan, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, jad, pefritoid və s.) 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da resublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edir.

Şuşa rayonunda Şuşa üzlük daşı, Keçəldağ (Lisoqor) gil, Şuşa yeraltı şirin su, müalicəvi əhəmiyyətinə görə məşhur Essentuki suyundan geri qalmayan Şırlan və Turşsu mineral su yataqları vardır.
Xocalı rayonu ərazisində Zərinbağ və Ağçay üzlük daşı, Şuşa əhəng daşı, Xocalı gil, Xankəndi (Əsgəran qrupu) qum-çınqıl qarışığı və Xankəndi yeraltı şirin su yataqları mövcuddur.

Xocavənd rayonu ərazisində Ediş qabbro üzlük daşı, Xocavənd əhəng daşı və yeraltı şirin su yataqları vardır.

Ağdərə rayonunda zəngin Qızılbulaq qızıl və mis, Mehmana qurğuşun, sink, Dəmirli mis, Canyataq-Gülyataq qızıl, Ağdərə, Şorbulaq-I, Şorbulaq-II mişar daşı və Ağdərə gəc, həmçinin də əhəng daşı və gips yataqları vardır. Ağdərə şirin yeraltı su ehtiyatları həmin ərazidə aşkar edilmişdir.

Ağdam rayonunda mişar daşı istehsalına yararlı Şahbulaq əhəngdaşı yatağı; sement istehsalına yararlı Çobandağ əhəngdaşı, Boyəhmədli gil və Şorbulaq gil yataqları; üzlük daşı istehsalına yararlı Gülablı əhəngdaşı yatağı; kərpic istehsalına yararlı Ağdam gil yatağı; 2 qum-çınqıl qarışığı yatağı (Xaçınçay və Qarqarçay) ermənilər tərəfindən işğal olunmuş ərazilərdə qalmışdır.

Qoruqlar

qoruqAzərbaycanın Qarabağ ərazisində 3 təbiət qoruğu fəaliyyət göstərirdi:

Türyançay Dövlət Təbiət Qoruğu

1958-ci il mayın 6-da Ağdam və Yevlax rayonlarının ərazisində dəniz səthindən 400 – 650 m hündürlükdə təşkil olunmuşdur. Qoruğun iqlimi mülayim-isti, qışda qurudur. Sahənin 73%-ni meşə zolaqları təşkil edir, qalan sahələr meşəsizdir. 4 növ ardıc kolları yayılıb. Qoruqda 60 növ ağac və kolluqlar mövcuddur. Qoruğun heyvanlar aləmi sayca az olsa da, tərkibi çox müxtəlifdir. Burada 24 növ məməli, 20 növ sürünən, 112 növ quş, 3 növ suda – quruda yaşayan heyvan mövcuddur.

Bəsitçay Dövlət Təbiət Qoruğu

Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir.
Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir.

Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxavuzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan və s. kollar inkişaf edir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çaqqal, tülkü, çöl donuzu, porsuq, cüyür, boz dovşan, müxtəlif gəmiricilər və s. məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir.

Qaragöl Dövlət Təbiət Qoruğu

Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respublikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış və respublikalararası dövlət qoruğu elan edilmişdir. Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhəddində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir.

Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Qoruğda 102 bitki növ və yarım növü vardır ki, bunlar 68 növ və 27 ailədən ibarətdir, əsas nadir və endemik bitkilər qoruğun sərhədlərindən kənarda qalır.

İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuşdur. Lakin Ermənistan tərəfindən işğal altında olması qoruğun aqibətinə mənfi təsir göstərir.

Yasaqlar

yasaqlAzərbaycanın Qarabağ ərazisində aşağıdakı təbiət yasaqlıqları fəaliyyət göstərir:

Laçın rayon Dövlət Təbiət yasaqlığı

Laçın Dövlət Təbiət Yasaqlığı Laçın rayonu ərazisində yaradılmışdır. 1961-ci ilin noyabr ayında buradakı hеyvan və quşları qoruyub saхlamaq və artırmaq məqsədi ilə əraziyə yasaqlıq statusu vеrilmişdir. Yasaqlığın sahəsi 21,4 min hektardır. Хüsusi mühafizə olunan təbiət ərazisində cüyür, qaya kеçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. Yasaqlığın 21370 hektarlıq ərazisi orta və yüksək dağlıq əraziyə хas olan rеlyеfə malikdir.

1989-cu ildə yasaqlıqda aparılan yoхlamada: dağ-kеçisi (bеzoar kеçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, çoхlu sayda canavar, porsuq, dələ, dovşan və s. hеyvanlar, qırqovul 200, kəklik 1500 baş, tetra quşu, bildirçin, alabaxta və s. quşlar qеydə alınmışdı.

1991-ci ilin mart ayında aparılan yoхlama nəticəsində işğalçı qüvvələr tərəfindən ovlandığı üçün hеyvan və quşların sayının хеyli azaldığı, 90-cı illərin sonlarından isə bir çoх növləri məhv еtməyə başladıqları müşahidə еdilib.

Yasaqlığın ərazisində Hacışamlı mеşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) vardır. Həmin ağacdan istifadə еtmək üçün hələ çar hökuməti dövründə fransızlar çətin dağlarla, Хankəndindən Qırхqız dağını kеçməklə araba yolu çəkmişdilər. Lakin Sovеt hakimiyyəti qurulduğundan onlar taхta matеriallarından çoх apara bilməmişdilər.
Hal-hazırda yasaqlıq Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

Qubadlı Dövlət Təbiət Yasaqlığı

Azərbaycanda ən böyük yasaqlıqlardan biri Qubadlı Dövlət Təbiət Yasaqlığıdır. 1969-cu ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır. Bu Yasaqlıq Qubadlı rayonunun şimal hissəsinin: Basarat, Dеştahat, Muradхanlı, Amudurх kəndlərinin, Laçın rayonunun cənub hissəsinin: Yuхarı Fərəcan, Aşağı Fərəcan, Suarası Qışlaq, Хanlar kəndlərinin Dağlıq Qarabağ ərazisində isə Хocabird, Arpa Gədik, Tağ kəndlərinin ərazisində dağ – bozqır sahələri əhatə еdir. Sahəsi 20 000 hektardır.

Burada qırmızı palıd, qoz ağacı, vələs, ağcaqayın, ardıc, yemişan kimi ağac növləri , itburnu, böyürtkən kolluqları gеniş massivdə yayılıb. Qеyd еdək ki, mеşənin zənginliyi ərazidə hеyvanat aləmi üçün əlvеrişli şərait yaradır. Cеyran, cüyür, dağ kеçisi, çöl qoyunu, vəhşi donuz, qonur ayı, bəbir, vaşaq, canavar, tülkü, çaqqal, porsuq, dovşan habеlə turac, qırqovul, kəklik, bildirçin, mеşə хoruzu, toyuq bu meşələrin daimi sakinləri hesab olunur.

Hal-hazırda yasaqlıq Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır. İşğalçılar Laçın, Qubadlı ərazilərində qırmızı palıd ağaclarını doğrayıb konyak istеhsalı üçün хarici ölkələrə satır, qoz ağaclarından mеbеl matеrialı kimi istifadə еdir, çöl hеyvanlarını kütləvi surətdə ovlayırlar.

Daşaltı Dövlət Təbiət Yasaqlığı

Daşaltı Dövlət Təbiət Yasaqlığı 24 noyabr 1981-ci il tarixli xüsusi Qərar ilə (1988-ci ildə) Şuşa və Əsgəran ərazisində yaradılmışdır. Sahəsi 450 hektardır. Şuşa şəhəri və Şuşa rayonu Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli güşələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır.

Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil,alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir.

Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır.1992-ci ildən yasaqlıq Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və o tamamilə məhv еdilmişdir.

Arazboyu Dövlət Təbiət Yasaqlığı

Bəsitçay Dövlət Təbiət Qoruğuna tabe olmaqla Zəngilan rayonunun İranla sərhəddində, Araz çayının sol sahilində 1993-cü ilin iyun ayında yaradılmışdır. Uzunluğu 50 km, eni 50-100 metr bəzi yerlərdə isə 200-250 metrə çatan bu yasaqlığın ərazisi 2,2 min hektardır.

Yasaqlığın yaradılmasında əsas məqsəd tuqay meşələrinin, habelə burada olan fauna və floranın qorunması, ərazinin su balansının saxlanılması və biomüxtəlifliyin mühafizəsidir.

İşğaldan qabaq burada mövcud olan heyvanların təxmini say uçotu aparılmışdır. Məlum olmuşdur ki, burada 300 başadək çöl donuzu, 7 baş qonur ayı, 350 baş tülkü, 300 çaqqal, 15 baş canavar, 70 baş porsuq, 12 baş cüyür vardır. Quşlardan: turac, qırqovul, kəklik, bildirçin, yaşılbaş ördək daha çox məskunlaşmışdır.

Hal-hazırda yasaqlıq Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

Ekoloji problemlər

ekoproblemErmənistan tərəfindən başlanmış müharibə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında nəinki şəhər və kəndlərin dağıdılmasına, eyni zamanda ərazidə bitki və heyvanlar aləminin məhv edilməsinə və bütövlükdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Ermənistanın işğalçı siyasətinin nəticəsində əsasən təbii sərvətlərə, xüsusi qorunan ərazilərdəki meşələrə və bitki örtüyünə amansız divan tutulur. Azərbaycanın təbiəti üçün xarakterik olan landşaftlar, yüzillik ağaclar, şəlalələr, təbii mağaralar, mədəni park nümunələri, unikal geoloji çıxıntılar, paleontoloji laylar da məhv edilir.

Biosferin bir hissəsini təşkil edən meşələr canlıların qida zəncirini təşkil edir və burada müxtəlif bitki və heyvan növləri yaşayır. İşğal olunmuş ərazilərdə meşələrin qırılması artıq kütləvi hal almışdır. Bunun əsasını 1988-ci ildə Ermənistanın «Kanaker» Alüminium zavodu öz işçilərinə pansionat tikmək üçün Azərbaycanın müvafiq orqanları ilə razılaşmadan, özbaşına Qarabağın Topxana meşəsində qiymətli ağacların vəhşicəsinə qırılması ilə qoymuşdur. İşğal olunmuş ərazilərdə meşələrin qırılması həmin ərazidə ekoloji tarazlığın pozulmasına və Cənubi Qafqaz regionunda ekoloji qəzaların yaranmasına səbəb ola bilər. Meşələr yalnız hərbi məqsədlər üçün deyil, tikinti materialı, mebel sənayesi və digər məqsədlərdə istifadə üçün hərbçilərin köməyi ilə qırılaraq orada olan hərbi texnikanın vasitəsilə daşınır. Qazax rayonu istiqamətində, Murovdağ silsiləsi boyu, Ağdərə rayonu istiqamətində Talış, Gülüstan, Baranbart meşələrində 100 hektarlarla sahədə fıstıq, saqqız, şam, palıd və s. çoxillik ağaclar kəsilmişdir.

Hazırda Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük ərazini əhatə edən məhsuldar fıstıq meşələri, Laçın rayonunun Şəlvə dərəsindəki dekorativ oduncaqlı iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinar və qoz ağacları, Kəlbəcər meşə təsərrüfatındakı ayı fındığı ağacları Ermənistan tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılır.

Bəsitçay Dövlət Təbiət Qoruğundakı şərq çinarlarının bəzilərinin yaşı 1200-1500 ilə çatır, onların gövdələrinin diametri 4 m, hündürlüyü 54 m-dən yuxarıdır. Avropada analoqu olmayan bu nəhəng ağaclar işğalçılar tərəfindən qəddarlıqla məhv edilir.

Araz palıdını orada müvəqqəti məskunlaşmış ermənilər ilboyu yanacaq kimi istifadə edirlər. Nəzarətdən kənarda qalmış, dünyada yalnız bu ərazidə bitən endemik bir növün kütləvi şəkildə doğranmasını ekoloji genosid kimi qiymətləndirmək olar.

Ağdam rayonunun Yusifcanlı yaşayış məntəqəsinin cənub kənarı (Ağdam rayonu təmas xətti) meşəlik və yaşıllıq, bağ sahələri tamamilə qırılmış və məhv edilmişdir. Novruzlu yaşayış məntəqəsinin şimal-şərq kənarındakı meşələr qırılaraq (Ağdam rayonu) Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın vasitəsilə daşınmışdır.

Dünya terror və korrupsiyaya qarşı «Bank-İnformasiya» Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin məlumatında bildirilir:

  1. Zəngilan rayonunun 107 ha ərazisində yerləşən qoruq demək olar ki, yer üzündən silinib, çinarlıqlar hissə-hissə İran mebel fabriklərinə və başqa tikinti-sənaye komplekslərinə satılıb.
  2. Ermənistanın hərbi hissələrinin qoruq ərazisinin 42 ha sahəsində yerləşdirilməsi nəticəsində ağaclar tamamilə məhv edilmişdir.
  3. 2000-ci ildə 70 çinar ağacının hər biri 100 ABŞ dollarına Tehran qubernatoruna satılmışdır.
  4. 110 çinar ağacı kökündən çıxarılaraq, Göyçə (Sevan) gölünün sahillərinə və Yerevan şəhərinin ətrafına köçürülmüşdür.
  5. Bəsitçay qoruğunun ərazisində 1995-1997-ci illərdə 89 nəfər erməni və 136 nəfər fars vərəmdən müalicə olunmuşdur.

Bu dövrdə qanunsuz yol tikintiləri, meşələrin kütləvi surətdə qırılması, bombardmanlar və yanğınlar nəticəsində Qazax, Tovuz, Zəngilan, Gədəbəy, Kəlbəcər, Xanlar, Qubadlı rayonlarının və DQMV-nin meşələrindən 0,5 mln-dan artıq ağac və kollar, 152 ədəd relikt ağac növləri, 13197,5 hektar qiymətli meşə sahələri, 665 hektar təbii bərpa meşələri, 75 hektar süni meşəsalma materialı, təbiət abidəsi statusu almış 5 geoloji obyekt vəhşicəsinə dağıdılmış, kommersiya məqsədləri üçün istifadə edilmişdir. Eləcə də üzümlük sahələri qırılaraq məhv edilmiş və beton dirəklərdən mühəndis istehkam işləri üçün istifadə edilmişdir.

Işğal altında olan torpaqlarda, xüsusilə Ağdam rayonu ərazisində Ermənistandan gətirilən radioaktiv tullantılar yerləşdirilir. DQ-da olan 250 min hektar meşə sahəsi nüvə tullantıları ilə çirkləndirilmişdir.

Kəlbəcər rayonu ucsuz-bucaqsız yüksək alp çəmənlikləri tanınmaz hala salınmışdır.

Daxili suları (çaylar və kanallar) yalnız həmin ərazilər deyil, ətraf ərazilərin də ekologiyasında mühüm rol oynayır. İşğal olunmuş ərazilərdən axan çayların hazırda ermənilər tərəfindən müxtəlif mənşəli tullantılarla və çirkab suları ilə çirkləndirilməsi faktları mövcuddur. Xonaşen, Qar-Qar çayı, Xaçınçayı, Tərtər çayı öz mənbələrini işğal olunmuş ərazilərdən götürür və həmin çaylara məişət tullantıları və çirkli sular axıdılır.

Naxçıvan Muxtar Respublikasının təbii mühitində mühüm rol onayan Araz çayının ekoloji vəziyyəti daha acınacaqlıdır. Belə ki, Ermənistan tərəfindən Araz çayının uzun illər boyu çirkləndirilməsi, qiymətli balıq növlərinin kökünün kəsilməsinə və azalmasına səbəb olmuşdur. Əvvəllər qeydə alınmış 21 balıq növünün son 10-15 il ərzində məhv olması nəticəsində 16 növə enməsi müəyyənləşdirilmişdir.

Zod yatağından qızılın təmizlənməsi sağlamlıq üçün təhlükəli olan sian qarışığı ilə aparılır, zəhərlənmiş su isə Araz çayına axıdılır. Bu isə Cənubi Qafqaz Regionunda Ermənistan tərəfindən torpağın, atmosferin və ekoloji tarazlığın pozulmasına zəmin yaradılır.

Füzuli rayonunun ərazisindən axan Köndələnçay və Quruçayın suyundan istifadə etmiş əhalinin bədənində dəri xəstəliklərinin yaranması faktları müşahidə edilmişdir. Buna səbəb ermənilər tərəfindən Füzuli rayonunun işğal altında olan Seyidmahmudlu və Qaraxanbəyli kəndlərinin arasında xüsusi laboratoriya təşkil etmişlər ki, həmin laboratoriyada yoluxucu xəstəliklərin tədqiqi ilə məşğul olurlar.

Sərsəng su anbarının texniki qurğularına xidmət göstərilmir, su rejiminə riayət olunmur. Su anbarı qəza vəziyyətində olduğu üçün su anbarından aşağıda yerləşən 400 min nəfər əhali təhlükə altında yaşayır. Bundan əlavə Sərsəng su anbarı işğal altında olandan bəri illik su sərfinin 85-90%-i su lazım olmayan vaxtlarda, xüsusi ilə qış aylarında buraxırlar.

Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayonu ərazisindəki “İstisu” doldurularaq qablaşdırılır, doldurulmuş qabların üzərində isə Ermənistanın Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə fars dilində məlumat və kimyəvi tərkibi yazılır.

Erməni millətçiləri işğal edilmiş Qarabağ ərazisində narkotik bitkilər əkərək həmin əraziləri terror yuvasına çevirmişlər.

Erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılmışdır. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə bərabər, eyni zamanda, Azərbaycanın nəzarəti altında olan ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan dəymişdir. Yanğınlar əkin və örüş sahələrini məhv edir, su ehtiyatlarının azalmasına səbəb olur.

Qarabağın etnik tərkibi

XX yüzilliyin əvvəllərində erməni tarixçisi N.Adons ermənilərin mənşəyindən bəhs edərkən göstərirdi ki, e.ə.VII yüzillikdə kimmer tayfalarının axınları nəticəsində Kiçik Asiyada öz yerlərindən sıxışdırılan Friqiya erməniləri Fərat çayını keçərək yerli aramey əhalisi ilə qarışdılar. Gəlmə friqiyalıların aramey mənşəli aborigenlərlə qarışmasından erməni xalqının özəyi formalaşdı. Ermənilərin ikili adı – hayk və armenius onların özəyinin ikili tərkibi haqqında ən yaxşı sübutdur. Keçən yüzilliyin əvvəllərində başqa bir erməni müəllifi B.İşxanyan yazırdı: “Ermənilərin həqiqi vətəni… Kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və Zaqafqaziyada bir neçə sırf erməni əyalətindən başqa (başlıca olaraq İrəvan quberniyasında) Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələniblər”.

Dağlıq Qarabağın (Arsaxın) Albaniyanın tarixi vilayətlərindən biri olmasını ilkin orta çağ erməni tarixçiləri Ananiya Şiraklı, Moisey Xorenli və b. təsdiq edirlər. Musa Kalankatlının “Alban tarixi”ndə Arsax ərazisində ermənilərin yaşaması haqqında heç bir məlumata rast gəlmək mümkün deyildir.

1823-cü il Qarabağ əyalətinin kameral təsviri materiallarının tədqiqi göstərir ki, həmin dövrdə Qarabağ ərazisində bir şəhər, 629 kənd tipli yaşayış məskəni olmuşdur. Bu kəndlərin 436-sı azərbaycanlı, 161-i erməni, 2-si qarışıq, 30-u isə etnik mənsubiyyəti göstərilməyən kəndlərdir. 1823-cü il sayımında erməni yaşayan 2, hətta 1 evi olan məntəqələr də erməni kəndi kimi qeyd olunur. Bu fakt göstərir ki, etnik mənsubiyyəti göstərilməyən kəndlərin əksəriyəti türk mənşəli əhalidən ibarət olmuşdur.

Tarixi faktlar sübut edir ki, Rusiya-İran müharibəsi zamanı Qarabağ xanlığını yalnız türk mənşəli əhali tərk etmişdi. 1823-cü il kameral sayımı ermənilərin Qarabağı tərk etməsini demək olar ki, qeydə almamışdır. Əksinə, həmin sayım materialları göstərir ki, 1817-1823-cü illərdə Qarabağ xanlığına Xoy, Bəyazid, Van və İranın müxtəlif bölgələrindən erməni mənşəli əhalinin mühacirəti baş vermişdi. 1828-ci il aprelin 24-də Paskeviç köçürmə siyasətinə başçılıq edən Lazarevə köçkünləri böyük hissəsinin, xüsusilə də ən kasıbların Qarabağa aparılması göstərişini vermişdi.

Hələ 1911-ci ildə rus tədqiqatçısı N.Şavrov göstərirdi ki, 1828-1830-cu illər ərzində İrandan 40000, Türkiyədən 84600 erməni Zaqafqaziyaya köçürülərək, erməni əhalisinin yox dərəcəsində olduğu Yelizavetpol və İrəvan quberniyalarında, xüsusilə də, Yelizavetpol quberniyasının dağlıq hissəsində və Göyçə gölü sahilində məskunlaşdırılmışdı. Şavrov yazırdı ki, hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan artığı gəlmə ermənilərdir.

1828-ci il fevralın 10-da imzalanmış “Türkmənçay müqaviləsi”nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu. Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi. Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan «Erməni mahalı» adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək İrəvan quberniyası qoyulmuşdur. 1922-ci ilin sonlarında Qarabağın dağ və aran inzibati ərazi vahidlərinə bölünməsi məsələsi növbəti dəfə qaldırılır. Bu məsələ ilə bağlı Qarayev, Dövlətov və Mirzoyandan ibarət komissiya təklif hazırlayıb Zaqafqaziya Vilayət Komitəsinin plenumuna təqdim etdi. Vilayət Komitəsinin tövsiyəsi ilə Azərbaycan Kommunist partiyası 1923-cü ilin iyulun 1-də Qarabağın Dağlıq hissəsininə muxtariyyət hüququ verdi və iyulun 7-də qərar elan edildi. Beləliklə DQMV yarandı.

Dağlıq Qarabağ Muxtar Vilayəti o zamankı rəhbər işçilərin məsuliyyətsizliyi ucbatından coğrafi vəziyyətinə görə deyil, etnik vəziyyətinə görə ermənilərin xeyrinə təşkil edildi. Misal üçün, Ağdərə rayonunun 10-20 km yaxınlığında olan Azərbaycan türk kəndləri vilayətə daxil edilmədi, 40-60 km-dəki erməni kəndlər bu inzibati quruma daxil edildi. Beləliklə Qarabağın dağlıq və aran hissəsi bir-birindən ayrıldı.

1989-cu il siyahıyaalma zamanı vilayətin əhalisi içərisində azərbaycanlıların sayı 40,6 min nəfərə çatmışdı. Zaman-zaman azərbaycanlıların tarixi vətənlərindən zorakılıqla deportasiya edilməsi bu rəqəmlərin artım tempinə öz mənfi təsirini göstərmişdir.

Qarabağın florası

floraAzərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqaz respublikalarının ən zənginidir. Belə ki, respublikada yayılan bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.

Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəratinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 247 352 hektar meşə sahələri qalmışdır. Buradakı bitkilərin çoxu endemik növlər olub dünyanın heç bir yerində təbii halda bitmir.

Qarabağın ərazisində yayılmış bitkilər əsasən bunlardır:

Hirkan şümşadı – pirkal (İlex hyrcana Pojark) – Relikt növdür. Nəslinin kəsilməsi təhlükəsi var. Xankəndi yaxınlığında Badara və Daşaltı kəndləri ətrafında rast gəlinir. Dağınıq halda fıstıq, fıstıq-vələs və qarışıq meşələrdə kolluq kimi təsadüf edilir.

Qafqaz xədicəgülü (Galanthus caucasicus (Baker), A.Gross) – Nərgizçiçəklilər fəsiləsindəndir. Arealı azalmaqda olan nadir növdür. Şuşada (Keçəl-Qaya və Topxana ətrafında) və Füzulidə bitir. Meşənin nisbətən açıq hissələrində və kənarlarında ağac və kolların ətrafında bitir. Ehtiyatı çox azdır.

Komarov birəotusu – Mürəkkəbçiçəklər fəsiləsindəndir. Azərbaycanın nadir endemik növüdür. Dağlıq Qarabağın alp qursağı qayalarında bitir. Növə nadir hallarda rast gəlinir.

Gözəl təkəsaqqal (Sjorzonera pulchra Lomak) – Mürəkkəbçiçəklər fəsiləsindəndir. Çox nadir endemik növdür. Azərbaycanda yalnız Dağlıq Qarabağda Xocavənd rayonunda Ziyarət Dağında və Topxana ərazisində rast gəlinir. Orta dağ qurşağından başlayaraq subalp qurşağına kimi qayalı-çınqıllı yamaclarda bitir.

Gözəl telegiya – Mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Nadir bitki növüdür. Dağlıq Qarabağda və Kəlbəcərdə Yuxarı Ayrım kəndində yayılmışdır. Orta Dağlıq və subalp qurşaqlarının meşələrinin hündür otluq və dağ çəmənlərində bitir. Tək-tək təsadüf edilir.

Məxməri gərməşov (Euonymus velutina Fisch. et Mey) – Gərməşov fəsiləsinə aiddir. Nadir relikt növdür. Yuxarı Qarabağda Xocəvənd rayonunda yayılmışdır. 1800 m-rə qədər yüksəkliyə kimi olan işıqlı meşələr, dağ yamaclarında və dərələr boyu bitir.

Ağacvari fındıq-ayı fındığı – Fındıq kimilər fəsiləsinə aiddir. Nəsli kəsilməkdə olan relikt növdür. Kəlbəcər rayonu Çiçəkli meşəsində bitir. Orta dağlıq qurşağında (dəniz səviyyəsindən 1000-1700 m yüksəklikdə), enliyarpaqlı fıstıq-vələs, palıd-vələs meşələrində qarışıq halda bitir.

Adi şabalıd – Fındıqkimilər fəsiləsindəndir. Arealı tədricən azalan relikt növdür. Yuxarı Qarabağda Xankəndi ətrafında yayılmışdır. Dəniz səviyyəsindən 600-1100 m yüksəklikdəki dağlıq qurşağın şimal yamaclarında dağ vadiləri və dərələrin yamaclarında rütubətli qonur gillicəli torpaqlarda bitir.

Araz palıdı – Fıstıqkimilər fəsiləsindəndir. Nadir endemik növdür. Zəngilan rayonunda (Bartaz, Göyəli, Ördəkli, Sayıflı, Keçikli, Yuxarı Yeməzli kəndinin ətrafında) yayılmışdır. Aşağı dağlıq qurşaqda dəniz səviyyəsindən 1000-1300 metr yüksəklikdə bitir. Kserofit seyrək meşə əmələ gətirir. Zəngilan rayonunda 10 min hektar sahədə nadir bitki kimi qorunurdu.

Şoranyer qarğasoğanı – Süsənkimilər fəsiləsinə aiddir. Zəngilan rayonu ətrafında yayılmışdır. Yox olmuş növ olduğu ehtimal olunur.

Qarabağ dağlaləsi (Tulpa karabashensis Gross) – Zanbaqkimilər fəsiləsinə aiddir. Cənubi Zaqafqaziyanın nadir endemik növüdür. Dağlıq Qarabağın Şuşa, Topxana, Domu, Tağ və Tuğ kəndləri ətrafında yayılmışdır. Dəniz səviyyəsindən 1800 metr hündürlüyünə kimi daşlı-çınqıllı yamaclarda bitir. Tək-tək rast gəlinir.

Şmidt dağlaləsi (Tulipa schmidtii Fomin) – Zanbaqkimilər fəsiləsindəndir. Cənubi Zaqafqaziyaya məxsus, tükənməkdə olan endemik növdür. Xocavənd, Şuşa, Cəbrayıl rayonlarında yayılmışdır. Quru, otlu yamaclarda kolluqlar arasında bitir.

Sağsağan gülxətmisi (Alcea sachsashanica İljin) – Əməköməcikimilər fəsiləsindəndir. Azərbaycanın nadir endemik növüdür. Xankəndində, Şuşada (Sağsağan dağı və Cıdır düzü) və Xocavənddə yayılmışdır. Dəniz səviyyəsindən 1700 metrə qədər hündürlükdə quru daşlı yamaclarda bitir.

Uzunyarpaq tozbaş səhləb (Cephalanthera longifolia (L.) Fritsjh) – Arealı kiçilməkdə olan və az rast gəlinən nadir növdür. Xankəndi ətrafında rast gəlinir. Aşağı və orta dağlıq qurşaqlarının meşələri və kol pöhrəliklərində bitir.

Qafqaz qaş səhləbi (Ophrys caucasica Woronow ex Grossh) – Qafqazın nadir endemik növüdür. Cəbrayıl, Qubadlı rayonları ərazisində, orta dağlıq qurşağın qayalıqları arasında, otlu yamaclarda, meşə kənarlarında, kolluqlarda bitir.

Natam limodorum – Monotip cinsli çox nadir bitki növüdür. Dağlıq Qarabağın meşə qurşağında seyrək meşələrdə, kolluqlar arasında, meşə kənarlarında bitir.

Şərq çinarı (Platanus orientalis L. (P. digitifolia Palb)) – Ehtiyyatı azalmaqda olan relikt növdür. Zəngilan rayonunun Bəsitçay və Oxçuçay vadilərində, Ağdərədə yayılmışdır. Çay sahillərində, dəniz səviyyəsindən 1000 m yüksəkliyə kimi dərələr boyunca qurunt sularının kifayət qədər rütubətləndirdiyi sahələrdə bitir. Bəsitçay Dövlət Təbiət qoruğunda mühafizə olunurdu.

Təkdənli buğda (Triticum monococcum L) – Çox nadir növdür. Dağlıq Qarabağda Xankəndi, Topxana ətrafında, Şuşa, Laçın rayonlarında yayılmışdır. Quru, çınqıllı, qumlu, gilli yamaclarda az münbit torpaqlarda bitir. Mühüm seleksiya əhəmiyyəti var.

Adi nar – Təbii sərhədlərdə miqdarı azalan relikt növdür. Zəngilan və Cəbrayıl rayonlarında yayılmışdır. Quraq yamaclarda çay vadilərində bitir.

Adi meşə gilası – Yoxa çıxmaq həddinə çatmış nadir növdür. Laçın, Ağdərə rayonlarında yayılmışdır. Orta və yuxarı dağlıq qurşaqlarında meşə kənarında, daha çox enliyarpaqlı meşələrin tərkibində bitir.

Qırmızı Tubulqa (Pyracantha coccinea Roem) – Şərqi Aralıq dənizi sahillərinə məxsus nadir növdür. Dağlıq Qarabağda, Şuşa yaxınlığında Daşaltı kəndində yayılıb. Çay boyu çınqıllıqlarda, meşə kənarlarında, seyrək meşələrdə, kolluqlarda dəniz səviyyəsindən 1800 m yüksəkliyə qədər daşlı yamaclarda rast gəlinir.

Qafqaz Xanımotusu – Ehtiyatı və arealı azalmaqda olan Avropa mənşəli növdür. Kiçik Qafqazın dağ fıstıq meşəliyində, yol kənarlarında, dərələrdə bitir.

Giləli Qaracöhrə (Taxus baccata L) – Nadir relikt növdür. Xocavənd və Kəlbəcər rayonlarında yayılmışdır. Dəniz səviyyəsindən 1900 m yüksəkliyə kimi fıstıq-vələs növlərində meşəaltı kimi təsadüf edilir. Mövcud ağacları qorumaq və becərilməsini təşkil etmək lazımdır.

Zaqafqaziya canavargiləsi – Arealı kiçilməkdə olan nadir bitki növüdür. Cəbrayıl, Qubadlı rayonlarında yayılmışdır. Orta dağlıq qurşağından başlamış 2900 m yüksəkliyə qədər kirəcli əhəngdaşlı quru yamaclarda bitir.
Vələsyarpaq azat (Zelkova carpinifofolia (Pall) C.Koch. (Z.hyrcana Grossh. Et Jarm)) – Qafqazın və İranın nadir relikt bitkisidir. Dağlıq Qarabağda Xankəndi, Şuşa, Xocavənd, Füzuli rayonlarında yayılmışdır. Qarabağın cənub-şərqində gürcü palıdı ilə qarışıq və ya təmiz meşələri var.

Meşə üzümü (Vitis silvestris Gmel) – Arealı azalmaqda olan nadir növdür. Xocavənd, Zəngilan (Ağbənd kəndi) rayonlarında yayılmışdır. Çay subasarları və meşələrdə bitir.

Alp vudsiyası – Çox nadir növ olub arkto-alp reliktidir. Cəbrayıl rayonunda təsadüf olunur. Yuxarı dağlıq və Alp qurşaqlarında qaya çatlarında, daşlı və qayalı yerlərdə bitir. Yüksək dekorativ və elm üçün əhəmiyyətli növdür.

Ağıriyli ardıc (Juniperus foetidissima Willd) – nadir növ olub dəniz səviyyəsindən 1000 m yüksəkliyə qədər aşağı və orta dağlıq qurşaqların daşlı-qayalı, quru yamaclarında bitərək Cəbrayıl rayonunun Çullu, Qazanzəmi, Şıxlar kəndləri ərazisində yayılmışdır.

Fişer şternbergiyası (Sternbergiya fischeriana (Herb)Roem) – nadir, arealı azalan növ olub, əsasən, orta və aşağı dağlıq qurşaqların quru yamaclarında bitərək göstərilən ərazidə Şuşa rayonunun Topxana ərazisində, Ağdam rayonunun Göytəpə, Füzuli rayonunun Dövlətyarlı kəndləri ətrafında (Qaraköpəktəpə və Yelligədik ərazisi) yayılmışdır.

Hirkan ənciri (Fikus hyrcana Grossh) – Azərbaycanın endemik bitki növü olub aşağı dağlıq qurşağın rütubətli-mülayim iqlim şəraitində bitir. Şuşa, Xankəndi ətrafında yayılmışdır.

İtikənarlı süsən (İris acutiloba C.A.Mey) – nadir, məhdud arealı Qafqaz endemikidir. Quru gilli-qumlu, daşlı yamaclarda və dənizkənarı qumluqlarda bitərək Xocavənd (Kuropatkino kəndi ətrafı) və Şuşa ətrafında (Topxana) yayılmışdır.

Kamilla süsəni (İris camillae Grossh) – nadir məhdud endemik növdür. Quru, çınqıllı, daşlı yamaclarda bitərək göstərilən ərazidə Ağdam və Əsgəran ətrafında yayılmışdır.

Kuznetsov əsməsi (Anemone kusnetzowii Woronow ex Grossh) – yoxa çıxmaqda olan Cənubi Qarabağ endemik növü olub aşağı dağlıq qurşaq, kolluqlar arasında bitərək keçmiş SSRİ məkanında yalnız Azərbaycanda – Cəbrayıl rayonunun Daşkəsən və Güzlah kəndləri arasında rast gəlinirdi.

Nazikçiçək tıs-tıs (Acantholimon tenutiflorum Boiss) – Azərbaycanın məhdud arealı endemik növü olub quru-gilli, çınqıllı yamaclarda bitir. Tərtər rayonunun Borsunlu kəndi ətrafında rast gəlinir.

Yuliya dağlaləsi (Tulipa schmidtii Fomin) – Şimali İran mənşəli nadir növ olub quru əhəngli və daşlı yamaclarda bitir. Göstərilən ərazidə Cəbrayıl rayonu Soltanlı qəsəbəsi ətrafında yayılmışdır.Azərbaycan ağgülü (itburnu, dərgül) (Rosa Azerbajdzhanica Novopokr et Rzazade) – Azərbaycanın nadir endemik növü olub orta dağlıq qurşağın daşlı, çınqıllı yamaclarında bitir. Kəlbəcər şəhəri ətrafında rast gəlinir.

Azşüalı dağçətiri (Peucedanum pauciradiatum Tamasch) – nadir endemik növ olub (Qafqaz) aşağı və orta qurşağın quru daşlı və çınqıllı yamaclarında bitərək Zəngilan rayonunun Ağbənd kəndi ətrafında yayılmışdır.

Qaya dovşanalması (Cotoneaster saxatilis Pojark) – Azərbaycanın nadir endemik növüdür. Daşlı yamaclarda, kolluqlarda bitir. Zəngilan rayonu Ağbənd kəndi ərazisində rast gəlinir.

Xarı bül-bül – Azərbaycanın nadir endemik növüdür. Əsasən Qarabağ ərazisində rast gəlinir. Xüsusi gözəlliyi ilə seçilir.

Qeyd edək ki, hal-hazırda Qarabağın zəngin florasının bir hissəsi məhv olmuş, bir hissəsi isə erməni işğalçıları tərəfindən məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Qarabağın faunası

faunaAzərbaycanın Ermənistan tərəfindən işğal edilmiş füsünkar və dilbər guşəsi, dünyada çox nadir və təkrar olunmaz iqlimə, bitki örtüyünə və heyvanlar aləminə malik olan Qarabağ Kiçik Qafqaz təbii vilayətinin ən xarakterik hissəsidir. Qarabağ Ermənistanın işğalına qədər özünün heyvanlar aləmilə Azərbaycanın qalan 4 təbii vilayətlərindən zəngin biomüxtəlifliyilə üstünlük təşkil etmişdir. İşğal edilmiş ərazilərdə məskunlaşmış fauna növləri sırasında quru onurğalıları xüsusilə üstünlük təşkil etmişdir. Bu növlər içərisində Kiçik Qafqaz təbii vilayətinə daxil olan Dağlıq Qarabağ və Aran Qarabağ ərazilərinə aid olan landşaft və biotoplarda məskunlaşmış nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin taleyi daha çox narahatlıq doğurur.

Azərbaycanda mövcud olan faunanın 25 min növü buğumayaqlılar, 630 növ isə onurğalılar faunasının payına düşür. Bütün fauna 25630 növdən və yarımnövdən ibarətdir.

Bu faunaya daxil olan və erməni işğalı altında qalmış Dağlıq Qarabağ və ətraf rayonların ərazisində 5307 növ fauna nümayəndələri olmuşdur ki, bu da ümumi faunanın 20,7%-ni təşkil edir.

Bu qoruqlarda fauna növlərindən canavar, çaqqal, çöl donuzu, porsuq, bezoar keçi, cüyür, dovşan və müxtəlif gəmiricilər; bildirçin, alabaxta, göyərçin, kəklik, turac kimi quşlara da rast gəlinirdi. Eləcə də yasaqlıqlarda

  1. Çöl donuzu,
  2. Qonur ayı,
  3. Bezoar keçi,
  4. Cüyür,
  5. Canavar,
  6. Tülkü,
  7. Çaqqal,
  8. Bəbir (ehtimal olunurdu) və s. kiçik gəmiricilər, quşlardan tetra, bildirçin, alabaxta, kəklik və yırtıcı quşlar məskunlaşmışdılar.

İşğal altında qalmış ərazilərdən biri də Daşaltı dövlət yasaqlığıdır. Yasaqlığın yaradılmasında əsas məqsəd «Topxana» adlanan dövlət meşə fondunun və burada məskunlaşmış cüyür, çöl donuzu, dələ, dovşan, canavar, tülkü, çaqqal və s. heyvanlar, onlarla növ quşun qorunmasından ibarət olmuşdur.
İşğal olunmuş Dağlıq Qarabağ və onun ətraf rayonları (Laçın, Ağdam, Fizuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər) ərazilərində məskunlaşmış Cücülər (Həşarat) sinifi İnsekta nümayəndələrindən işğal olunmuş Qarabağ ərazisində 70 növə qədəri məskunlaşmışdır.
Dağlıq Qarabağ və onun ətraf rayonları təbii şəraiti və bitki örtüyü ilə Azərbaycanın digər rayonlarından kəskin surətdə fərqlənməklə çox zəngin onurğasız heyvanlar aləminə malikdir. Burada işğala qədər Dağlıq Qarabağ və onun ətraf rayonlarında cücülərin təxminən 4500-5000 növü yayılmışdır. Bu növlər Azərbaycanda yayılmış ümumi buğumayaqlıların 20%-ə qədərini təşkil edir. İşğal olunmuş ərazilərdə cücülər faunasının 56 növü nadir, endemik və nəsli kəsilmək təhlükəsində olan növlər olduğu üçün onların çoxu xüsusi olaraq Beynəlxalq Təbiəti Mühafızə İttifaqının Qırmızı siyahısına və Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir.
Azərbaycanın heç bir yerində təsadüf edilməyən endemik və relikt, hətta fauna və elm üçün yeni olan onurğasız heyvan növləri olduqca çoxdur. Bu çoxluq buranın sakinləri olan bütün onurğasız heyvan qruplarında özünü göstərir. Elə buna görə də Dağlıq Qarabağ və onun ətraf rayonları maraqlı bir ərazi kimi Azərbaycan entomoloqlarının diqqət mərkəzində olmuşdur. Onlar bu ərazilərdən, xüsusilə burada müharibə başlanmamışdan əvvəl hərtərəfli tədqiqat işləri aparmışlar. Bu məqsədlə Ağdam, Şuşa, Ağdərə, Xocavənd, Kəlbəcər, Tərtər, Cəbrayıl, Qubadlı, Zəngilan, Fizuli rayonlarına vaxtaşırı ekspedisiyalar təşkil olunmuş, çoxlu onurğasız heyvan növü toplanmışdır. Toplanmış onurğasızlardan ən geniş yayılanı və zəngin növ tərkibinə malik kəpənəklər və böcəklər olmuşdur.
Materialların təyini və işlənməsi nəticəsində müəyyən olunmuşdur ki, ayıca kəpənəklərindən nadir və nəsli kəsilmək təhlükəsi olan 28 növ Dağlıq Qarabağda yayılmışdır. Bunlar:

1. Sarımtıl-boz şibyəyeyən,
2. Sarı peloziya,
3. Tünd ayıca,
4. Gözəl ayıca,
5. Təmiz ayıca,
6. Qonuru sarı ayıca ,
7. Filip ayıcası ,
8. Xanım ayıca,
9. Qara ayıca,
10. Karelini ayıcası,
11. Daurica ayıcası,
12. Sarı zolaqlı ayıca ,
13. Ağ zolaqlı ayıca,
14. Turan ayıcası,
15. Güvəyəbənzər qırmızımtıl sarı şibyəyeyən,
16. Dördnöqtəli şibyəyeyən ayıca ,
17. Qırmızı nöqtəli ayıca,
18. Alqırmızı ayıca ,
19. Hera ayıcası ,
20. Hebe ayıcası ,
21. Çəmənlik ayıcası,
22. Qırmızı ayıca və s.

Bundan başqa Dağlıq Qarabağ və onun ətraf rayonları ərazilərində faydalı cücülərdən Brokonidlər, Xalsidlər, İxnevmanidlər və Arıkimilər geniş yayılmışdır.
Təəssüf ki, ermənilər tərəfdən aparılan müharibə nəticəsində nadir və nəsli kəsilməkdə olan cücülərin yaşadığı biotop və biosenozlar dağıdılmış, onların qidalandığı bitkilər və göstərilən faydalı cücülər məhv edilmişdir.
Qarabağ həm də ixtiofaunası ilə də zəngindir. Belə ki, Azərbaycanın şirin sularında yaşayan 62 növ balığın 14 növü işğala qədərki dövrdə Dağlıq Qarabağ və ətraf rayonların daxili su hövzələrində yaşamışdı. Bu da ümumi şirin su balıqlarının 22,6%-i təşkil edir. Buraya əsasən

1. Forel (qızılxallı),
2. Xramulya,
3. Kür şirbiti,
4. Qıjovçu,
5. Mursa,
6. İlişkən və çılpaqça,
7. Zərdəpər,
8. Qafqaz enlibaşı,
9. Kür gümüşcəsi,
10. Qafqaz gümüşcəsi,
11. Yastıqarın,
12. Çəki ,
13. Kür qızılbalığı və s. kimi blıqlar daxildir.

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Qarabağ ərazisində respublika amfibilər faunasını təşkil edən 10 növ suda-quruda yaşayanların 4 növü (40%) və sürünənlər faunasını təşkil edən 62 növdən 35 növü (53%) məskunlaşmışdır. Həmin növlər aşağıdakılardır:

1. Yaşıl,
2. Quru qurbağası,
3. Göl qurbağası,
4. Adi ağac qurbağası,
5. Kiçik Asiya qurbağası,
6. Xəzər tısbağası,
7. Aralıq dənizi tısbağası,
8. Qafqaz kələzi,
9. Koramal,
10. Qurdvari kor ilancıq,
11. Qərb yatağanı,
12. Suilanı,
13. Zaqafqaziya təlxəsi,
14. Qonur ilan,
15. Gürzə və s

Azərbaycanın məməlilər faunasını təşkil edən 107 növ heyvandan işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların ərazisində 61-növü məskunlaşmışdır. Bu isə işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında erməni təcavüzünə qədər məskunlaşmış məməlilər faunası Azərbaycanda mövcud olan fauna növlərinin 57%-ni təşkil edirdi. Məməlilər sinifinə (Mammalia) daxil olan növlər bunlardır:

1. Həşaratyeyənlər,
2. Ağdöş kirpi,
3. Xırda göstəbək,
4. Qafqaz qonurdişi,
5. Xırda ağdiş,
6. Kiçik nalburun,
7. Adi uzunqulaq yarasa,
8. Üçrəng şəbpərə,
9. Kürən axşamyarasası,
10. Iran sincabı,
11. Hindistan tirəndazı,
12. Süleysin,
13. Kiçik Asiya ərəbdovşanı,
14. Boz siçovul,
15. Qara siçovul,
16. Çöl siçanı,
17. Avropa qar siçanı,
18. Porsuq,
19. Qonur ayı,
20. Canavar,
21. Çaqqal,
22. Tülkü,
23. Bəbir,
24. Talış pişiyi,
25. Qafqaz meşə pişiyi,
26. Vaşaq,
27. Çöl donuzu,
28. Cüyür və s.

İşğal olunmuş ərazilərdə erməni təcavüzünə qədərki dövrdə başqa qrup heyvanlara nisbətən quşlar faunası daha da zəngin olmuşdur. Belə ki, Azərbaycanda mövcud olan 367 növ quşun sözü gedən ərazidə 200 növünə rast gəlinirdi. Quşların ərazi üzrə paylanması qeyri bərabər idi. Bu isə Azərbaycan ornitofaunasının 54,4%-ni təşkil edirdi.
Yüksək dağlıq hissələrdə (dəniz səviyyəsindən 2000 m-dən yüksək ərazilər) quşların yaşayış biotopları sıldırımlı qayalardan, daş yığınlarından, alp və subalp çəmənliklərindən ibarətdir. Bu hissələrdə:

1. Xəzər ularına,
2. Toğlu götürənə,
3. Berkuta,
4. Məzar qartalına,
5. Böyük qartalçaya,
6. Kiçik qartalçaya,
7. Qara kərkəsə,
8. Tetra quşuna,
9. Ağbaş kərkəsə,
10. Quzğuna,
11. Qırmızıdimdiyə,
12. Bildirçinə,
13. Kəkliyə,
14. Dağ bayquşuna və s. rast gəlinirdi.

Dağ meşələrində (dəniz səviyyəsindən 400-2200 m hündürlükdə) 100-dən artıq quş növü yaşayırdı. Burada yaşayan quşlara

1. Bildirçinçalanı,
2. Tetraçalanı,
3. Adi şahini,
4. Tetra quşunu,
5. Ağacdələnləri,
6. Sultanı,
7. Meşə sərçəsini və s. misal göstərmək olar.

Dağ ətəyi seyrək quraqlıq meşə və kolluq sahələrində

1. boz kəkliyə,
2. adi qur-qura,
3. qarabaş vələmir quşuna,
4. alaçəhrəyə,
5. bez silviyə,
6. qara qaratoyuğa və s. növlərə rast gəlinirdi.

Araz boyu yarımsəhra və çöllüklərə isə:

1. çobanaldadan,
2. qaraqaş,
3. bağuqala,
4. anqut,
5. boz,
6. kəkilli,
7. tarla və çöl torağayları,
8. turac,
9. bildirçin,
10. çöl haçaquyruq cüllütü
11. bəzgəkə təsadüf edilirdi.

Miqrasiya vaxtı göstərilən ərazilərdə quşların növ tərkibi daha zəngin olurdu. Zağca, sığırçın, tarla vələmirquşu və s. yırtıcı quş növləri çox saylı olurdu.
Ermənilər tərəfindən işğal olunmuş ərazilərdə yaşayan bəzi quşlar Azərbaycanın Qırmızı kitabına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmişdir. Onlar 22 növdür:

1. qara leylək,
2. çay qaraquşu,
3. ağ quyruq,
4. dəniz deltası,
5. tetraçalan qırğı,
6. Türküstan tüküyü,
7. çöl qartalı,
8. Böyük qartalca,
9. məzar qartalı,
10. Berkut,
11. toğlu götürən,
12. qala kərkəz,
13. ilanyeyən,
14. çöl belibağlısı;
15. belobam adi şahin,
16. çöl muymulu,
17. qafqaz tetrası,
18. tural,
19. adi çiv dimdik bəzdək).

Zəngin təbiəti, flora və faunası ilə fəqlənən Qarabağda nadir və endemik quş növləri ilə yanaşı, nəsli kəsilməkdə olan quş növləri də müxtəlif qoruq və yasaqlıqlarda qorunmuşdur. Lakin erməni təcavüzü minlərlə insan həyatına və arzularına son qoymaqla bərabər, gözəl təbiət incilərini də məhv edərək, bununla yalnız vətənimizə yox, həm də bütün dünyaya əvəzi ödənilə bilməyən zərər vurmuşdur. Həmin nadir quşların yalnız bir qismi aşağıda verilmişdir:
Erməni işğalına məruz qalmış Dağlıq Qarabağ və onun ətraf rayonlarının ərazisi Azərbaycanın ən zəngin biomüxtəlifliyə malik olan Kiçik Qafqaz təbii vilayətinin payına düşür. Göründüyü kimi, cücülərdən tutmuş məməlilər faunasının nümayəndələrinə qədər nadir, nəsli kəsilmək təhlükəsində olan növlərin müxtəlifliyi, eyni zamanda Qafqaz və Azərbaycan ərazisi üçün endemik, relikt, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş fauna növləri ümumi şəkildə bu təbii vilayətdə məskunlaşan heyvanların 25-30%-ni təşkiledir. Belə endemikliyin olması göstərir ki, Qarabağ ərazisi təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqaz regionunun yeni növlərin yaranması regionudur.